23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Kərbəla qiyamı haqq aşiqləri tərəfindən ən çox diqqət görən tarixi hadisədir
06.02.2019

Hər hansı bir məktəb öz ideologiyasını yaşatmaq istəyirsə, özünə aid olan mühüm mövzuları insanların arasında, cəmiyyətdə qeyd etməyini istəyirsə, ilk olaraq bu fundamental sual üzərində işləməlidir ki, bunu mən nəyə görə edirəm? Cəmiyyətdə bu iş nəyə görə yaşasın? Cəmiyyət nəyə görə bu işi icra etsin? Bu işin insanların fərdi və ictimai tərəfinə qayıdacaq faydası nədir? Bunlar öz yerində.

Bir də əgər mən bu işi qloballaşdırıramsa, hər nə qədər qloballaşdırıram, hər nə qədər əhatisini geniş göstərirəmsə, gətirdiyim arqument o qədər əsaslı və tutarlı olmalıdır. Yəni diqqət edin, mən bir işin ümumbəşəri olmasından danışıram, amma bunun əhəmiyyəti barədə irəli sürdüyüm bir fikir hansısa bir qəbiləyə, hansısa bir xalqa aiddir. Və yaxud da hansısa bir məzhəbə aiddir. Aydındır ki, burada ümumbəşərilikdən danışmağın yeri olmayacaq. Çünki gətirdiyim arqument irəli sürdüyüm iddia ilə uyğunluq təşkil etmir. Yəni bu mühüm bir mövzudur.

Biz İmam Hüseynin qiyamının, Kərbəla hadisəsinin yüksək dəyərlərə malik olduğundan danışırıq. İslam tarixində heç bir qətliam, heç bir faciə nə Ühüd döyüşü, nə Bədr döyüşü, nə Xəndək döyüşü və nə də ki, digər tarixi hadisələr Kərbəla qiyamı qədər qabardılmır və Kərbəla şəhidləri üçün olduğu qədər əzadarlıq saxlanılmır. Hansı ki, Bədr, Ühüd və Xəndək döyüşləri İslamın yayılmasında çox böyük rol oynamış tarixi hadisələrdəndir. Amma Kərbəla qiyamı haqq aşiqləri tərəfindən hər il geniş surətdə qeyd olunur.

Rövşən Abdullaoğlu