21 Noyabr 2024 - 21
Hal-hazırda cəmiyyətdə bu sual ətrafında çoxlu mübahisələr yaranır. Bu söhbətlərin əksəriyyəti də münafiqlər tərəfindən qızışdırılır. Əlbəttə, zəmanəmizin münafiqlərini nəzərdə tuturam.
Onlar deyirlər: “Çox gözəl, bura qədər biz sizinlə razılaşır, İmam Hüseyn tarixinin təsir və faydalarını və bu xatirənin yaşadılması üçün lazım olan mərasimlərin keçirilməsinin vacibliyini də qəbul edirik. Amma belə əzadarlıqlarda siz başqa işlər də görürsünüz. İmam Hüseynin (ə) xatirəsini əziz tutmaq və şəhadətinə acımaqla yanaşı, imamın düşmənlərinə də lənət deyirsiniz. Bu iş nəyə lazımdır? Niyə İmam Hüseynin düşmənlərini lənətləyirsiniz? Sizin bu işiniz bir növ kobudluqdur, bədbinlikdir. Bir növ mənfi hisslərdəndir və "modern insan" xisləti ilə uyuşmur. Sizin qəlbiniz riqqətə gəlir və kövrəlirsə, nə qədər istəyirsiniz ağlayın, əzadarlıq edin. Daha imamın düşmənlərini niyə lənətləyirisiniz? Niyə deyirsiniz: “Mən sənin düşmənlərinin cövrü-cəfasından Allaha pənah aparıram. Aşura ziyarətində imamın düşmənlərinə yüz dəfə lənət deməyi niyə təkid edirsiniz? Elə ziyarətdə olan yüz salamı verməklə kifayətlənmək olmazmı? Axı nə üçün bu lənətləri deməklə camaatı da başqalarına qarşı bədbin edir və ya onlara qarşı mənfi hisslər aşılayırsınız? Müasir dövrümüzdə mümkün qədər camaatla xoş, mehriban rəftar etməliyik. Bu günlər biz yaşamaqdan dəm vurmalı, deyib-gülməli, sülhdən, barışıqdan danışmalıyıq. Qarğış yağdırmaq, lənət demək, küsübküsüşmək insana yaraşmayan kobud işlərdəndir. Bunlar İmam Hüseynin şəhid edildiyi bir tarixdə, 1400 il bundan əvvəl baş verib. Bunlar o zamanın tərzi-təfəkkürünə bağlıdır. Artıq bu günlər cəmiyyət belə şeyləri qəbul etmir. Gəlin bunların yerinə barışıqdan danışın, düşmənlərinizə də məhəbbət göstərin, onlarla da deyin gülün. Məgər, İslam dini dostluq, məhəbbət dini deyilmi?”.
Əgər bir insan doğrudan da bunları bilmədən soruşarsa, onun suallarına cavab vermək o qədər də çətin bir iş deyildir. Amma güman edirik ki, bu sözləri deyənlərin məqsədləri tamam başqadır. Çox ehtimal ki, onlar ya başqalarının cızdığı plan əsasında bu sualları ortaya çıxardırlar, ya da özlərinin bu işdə güddükləri başqa bir siyasət vardır. Əgər bu suallar əqli və elmi şəkildə verilərsə, cavablarını da uyğun şəkildə təhlil edəcəyik. Fərz edin ki, bu sualları bizdən yeniyetmə soruşur. Deyir: “İmamın düşmənlərinə niyə lənət edirsiniz? Bunların yerinə ziyarətdə salam verməklə kifayətlənmək olmazmı? Kifayət etməsə, yenə də təkrar olaraq yüz salam göndərin. Axı qarğış yağdırmaq, lənət demək nəyə lazımdır? Bu sualın elmi cavabı budur ki, insanın xisləti təkcə dərketmə ünsüründən ibarət olmadığı kimi, onun qəlbi, duyğusu və hissləri də yalnız müsbət hisslərdən yaranmamışdır. İnsan həm müsbət, həm də mənfi duyğuya malik olan bir məxluqdur. Vücudumuzda sevinib-şənlənmək hissi olduğu kimi, qüssələnmək hissi də mövcuddur. Allah bizləri bu xislətlər üzrə yaratmışdır. Yaradan bizlərə gülmək qabiliyyəti verdiyi kimi, ağlamaq qabiliyyəti də vermişdir. Biz münasib şəraitə görə həm gülə, həm də ağlaya bilərik. Bu qüvvələrdən birini dayandırmaqla, Allahın bizə əta etdiyi nemətdən məhrum olur, nəticədə, fiziki və ruhi böhranlarla qarşılaşırıq. Belə bir xüsusiyyətin olmasına dəlil, bizlərin yeri düşəndə ağlaya bilməyimizdir. Görəsən, Allahın bizim vücudumuzda bu duyğunu qoymaqda məqsədi nə olmuşdur? Bu hiss nə üçün bizdə hüzn yaradır, gözlərimizi yaşardır? Məlum məsələdir ki, ağlamağın da insanın həyatında müəyyən rolu vardır. Allahın verəcəyi əzabın qorxusundan kövrələn qəlb və ya Allahın mərhəmətinə qovuşmaq üçün çırpınan ürəyin çeşməsindən qaynayan göz yaşları, insanın İlahi təkamülə çatmasında mühüm rol oynayır. İnsan öz məhbubunun hüzünlü halını gördükdə, qəlbi riqqətə gəlir. İnsanın şəraitə uyğun haldan-hala düşməsi, onun təbiətindən irəli gəlir. Allah-taala bizlərdə məhəbbət və şəfqət hissi də yaradıb. Biz təbii olaraq insanlığa xidmət göstərir, həmçinin müxtəlif kamal sahiblərinə, istər fiziki olsun, istərsə də ruhi, əqli məhəbbət və ya hörmət izhar edirik. Bir yerdə mərifət və ya kamal sahibinin mövcudluğu haqqında xəbər eşitdikdə, qəlbimizdə təbii olaraq, ona qarşı məhəbbət hissi yaranır. Bundan başqa, insanın vücudunda məhəbbətlə ziddiyyət təşkil edən nifrət və kin vardır. İnsan ona xidmət göstərmiş hər hansı bir şəxsə məhəbbət izhar etdiyi kimi, fitri olaraq da ona zərər vuran insana nifrət bəsləyir. Əlbəttə, mömin şəxs üçün maddi, dünyəvi zərərlərin elə bir əhəmiyyəti yoxdur. Amma insan dinini, əbədi səadətini ondan almış şəxsin əməllərinə göz yuma bilərmi?
Qurani-Kərim buyurur: “Şeytan sizin düşməninizdir. Siz də gərək onunla düşmənçilik edəsiniz”. Şeytanın üzünə gülmək və onunla qol-boyun olmaq olmaz. Əks təqdirdə, insan şeytana çevrilər. Allah dostları ilə dost oluruqsa, gərək düşmənləri ilə də düşmən olaq. Belə bir mövqe insanın fitrətindən qaynaqlanır və insanı təkamülə, səadətə çatdırır. Əgər Allah düşmənləri ilə düşmənçilik olmasa, tədricən insan onlarla ünsiyyət tapar və bu əlaqələrin nəticəsində onların davranış və fikirlərini qəbul edər. Yavaş-yavaş onlardan biri kimi şeytana çevrilər. Əgər bir kimsə bu sözü qəbul etməsə, onda Quranda başqa bir ayədə belə buyurur: “Əgər bu nəsihətə qulaq asmasalar, bilsinlər ki, sonda onlara qovuşacaqlar.” Dinə istehza, məsxərə edənlərə məhəbbət, şəfqət göstərən, onlara xoş üzlə baxan kəslərin aqibəti onların tə᾿siri altına düşməsi ilə nəticələnəcək. Elə ki, təsir altına düşdülər, ürəklərində şəkk-şübhə yaranacaqdır. Ürəkdə şəkk yarandısa, imanda nifaq və ikiüzlülük edəcəklər. İnsanın qəlbində imanı olmayıb, müsəlman olduğunu desə, münafiq sayılır. Quran buyurur: “Dünyada kafirlərlə həmsöhbət olanlar nəhayətdə münafiq, axirətdə də cəhənnəm odunda bir yerdə olarlar”. Başqa ifadə ilə desək, düşmənlərin qarşısında düşmənçilik, təhlükə və zərər müqabilində müdafiə sistemini yaradır. İnsanın orqanizmi ona faydalı olan maddə və vitaminləri cəzb etdiyi kimi, onun digər müdafiə sistemi də sağlamlığına zərərli mikroblar və qalıqları dəf edir. İnsan bədəninin müdafiə sistemi zəifləsə, mikroblar üçün artıb inkişaf etməyə şərait yaranar. Bu, insanın xəstələnmə və hətta ölümü ilə nəticələnə bilər. Əgər biz mikrobların inkişafına şərait yaratsaq, bu vəziyyətdə bədənimizin sağlam qalacağına təminat verə bilərikmi? Mikrobla mübarizə aparmaq lazımdır. Bu ilahi bir qanun, ilahi hikmət və tədbirin hər bir canlı varlıq üçün qoyduğu sistemdir. Biri cəzbetmə, digəri isə, dəfetmə sistemidir. Hər bir canlı varlığın inkişafı üçün zəruri maddələrin lazımi orqanlara cəzb edilməsi vacib olduğu kimi, zərərlərin dəf edilməsi də zəruridir. İnsanın bəzi orqanları bu vəzifələri adi şəkildə icra edirlər. Məsələn, böyrək, mədə, qan dövranı sistemi və s. Bəzən də Bir şərtlə ki, xəyanətdən əl çəkib, doğru yola qayıdasınız”.
Bizim də İslam düşmənləri və İmam Hüseynin qatillərinə olan kin və qəzəbimiz İbrahimin tutduğu yolu davam etməyimizdən irəli gəlir. Qurani-Kərimdə bu barədə belə buyurulur: “Gərək sizlər İbrahimin (ə) yolunu tutub, din düşmənlərinə olan ədavətinizi e᾿lan edəsiniz”. Hər vəziyyətdə xoşrəftar olub, xoş üz göstərmək olmaz. Bəzi şəraitdə gərək cəsarətli olub, bəli, mən səninlə düşmənəm, öz xəyanətindən əl götürməyincə barışıq, danışıq yoxdur, deyə biləsən. Görəsən günahsız, müdafiəsiz bir xalqı qanına qəltan edən, on minlərlə insanı evsiz-eşiksiz qoyan erməni quldurlarına məhəbbət izhar edib, onlarla bir araya gəlmək olarmı? Görəsən, tutduğu alçaq mövqe və xəyanətindən bir addım da geri dönmək niyyətində olmayan xalq düşmənlərinə xoş üz göstərib, bəşəri əxlaqdan danışmaq nə dərəcədə məqsədəuyğundur?! Və ya bunlarla sazişə can atan, daim barışıqdan dəm vuran şəxslər nə kimi müsbət nəticələr əldə etmişlər?! (Mütərcim)
Burada belə bir nəticəyə gəlmək olar ki, şəhidlər sərvərinə keçirilən mərasimlərin mahiyyəti, Hüseynin məktəbinin yenidən dirçəldilməsidir. Bu məktəbdən daha yaxşı bəhrələnə bilməyimiz üçün sadəcə elmi bəhslər kifayət deyil. Çünki insan, öz duyğularının yaşadılmasına ehtiyac duyur. Bundan əlavə, biz ancaq şən və müsbət duyğularımızla qane ola bilmərik. Şəhidlər sərvərinin xatirəsini və məzlumiyyətini yaşadıb dirçəltmək, məhərrəmlik ayının öz ruhuna uyğun hüznlə, müsibət səhnələrinin canlandırılması ilə mümkündür. Biz bu mərasimlərdə Hüseynin xatirəsini əziz tutmaq, ona salam göndərib məhəbbət izhar etməklə yanaşı, imamın və eləcə də Allahın düşmənlərinə lənət yağdırıb, nifrətimizi bildirməliyik. Ancaq salam verməklə işlər həll olmur; əvvəlcə düşmənlərə qarşı qəzəb hissimizi izhar etməli, sonra dostlara salam göndərməliyik! Quran belə buyurur: “Əşiddau ələl kuffar.“ (Yəni, kafirlərə qarşı kəskin.) “Ruhəmau beynəhum.” (Birbirlərinə qarşı isə mehriban olarlar.) Deməli, salamın yanında lənət, vilayətin yanında İslam düşmənlərinə qarşı düşmənçilik də olmalıdır. Məhz bu şəkildə həqiqi İmam Hüseyn ardıcılı hesab olunarıq.
Mizbah Yəzdi