21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Həzrət Zeynəb (s) ana matəmində
09.02.2019

Həzrət Zeynəb (s) ana matəmində


Ey gündüz gözündə olan leyli tar, ana,
Ali-Əbayə həşrə kimi iftixar, ana.

Gərçi babam vəliyyidi xəllaqi-zulmənə
Sənsən onun vilayətinə etibar, ana.

Sinəndəki nişani-məhəbbətdi, qan deyil,
Nəhri-vilayətə gecə-gündüz axar ana.

Sənsiz görüm zəmanədə gün çıxmayaydı kaş,
Sənsiz nə gün, nə ay, nə bulud, nə bahar, ana.

Zəvvarın olmasa, ürəyin qüssələnməsin,
Daim gəlir babam gecələr əşgibar, ana.

Ta gəlməyincə evmizə bir ləhzə yatmaram,
Mən yuxlasam, qapını gecə kim açar, ana.

Bir söz deyim işarə ilə qüssə eyləmə,
Hər kəs ki, bir əzizi ölüb həqqi var, ana.

Səndən sonra bu evdə hamı ruzədardı,
Xun cigər qidadı bizə hər nahar, ana.

Axşam çağı yerin babamın sallam, ağlaram,
Qallam oyaq gözüm qapıda əşkgibar, ana.

Ahım yanıqlı şəmdi, pərvanəsi Həsən,
Hər gün belə yanıb alışır dilfikar, ana.

Kuçə sözü düşəndə Həsən evdə qəşş edir,
Sili sözü pozur onu hər leyli tar, ana.

Çadırşəbin mənimkidi can misli saxlaram,
Verrəm Rüqəyyənə onu başa salar, ana.

Kərbübəla sözün ki, xəbər vermisən mənə,
Billəm özüm bəlalı başımda nə var, ana.

Kərbübəlanı gəz o zaman, gəl xərabəyə,
Baş çək uşaqlara o çətin ruzigar, ana.

Davud Sadiqi Təbrizi