03 Dekabr 2024 - 3
Bildiyiniz kimi Yezid şair idi. Tarixdə Yezidin bir şeiri var ki, kitablarda qeyd olunub. İmam Hüseynin kəsilmiş başını Yezidin qabağına qoyanda başa baxaraq fərəhlə bu şeiri oxudu. Dedi: “Ey kaş Bədrdə öldürülən babalarım gələydilər və mənə deyəydilər, təşəkkür edirik Yezid. Yaxşı intiqamımızı aldın”.
Baxın müşrikin dərdini çəkib peyğəmbər balasını öldürür. Yəni bunların dərdi din ilə deyildi, bunların dərdi sırf öz köhnə müşrik babalarının dərdi idi. Yezid deyir mən onların qanını geri aldım.
Biz Bədr mühraibəsini yada salsaq görərik ki, 3 nəfər Bəni-Üməyyədən qabağa çıxaraq deyirlər: "Biz döyüşçü adam istəyirik". Müsəlmanlardan qabağa çıxmaq istəyəndə Həmzə onları dayandırır və deyir: "Siz qabağa keçməyin. Siz görmürsünüz bunlar nə siyasət aparırlar? Bunlar qan davasına gəliblər. Onlar Bəni-Üməyyəni qabağa çıxarıblar biz də məcburuq Bəni-Haşimi çıxaraq. Sonra bizə görə kiminsə qanını tökməsinlər". Və 3 nəfər Bəni-Haşimdən çıxır qabağa və o caniləri cəzalandırırlar.
Yezid onların qanını almağından danışır. Həmzə seyyidüş-şühədanın qatilinin qanın alır, Əli ibn Əbu Talibdən qan alır, Peyğəmbərdən qan alır. Bunların qəsdi İslamda öz əllərindən çıxmış hakimiyyət idi. İslam dini gəldikdə bunlar hər şeylərini itirmişdilər, onu geri qaytarmaq idi. İmam Hüseyn də dedi bunu insanların qanının üzərində etməyin. Və islamın adı ilə etməyin. O zamankı dövrdə İslamın adı olmadan bu işləri etmək mümkün deyildi. Yəni bunlar özlərinə hakimiyyət qurmaq istəyirdilərsə gərək müsəlmançılığı qəbul edəydilər. Özlərini İslam əmiri kimi göstərəydilər. Bu səmtdə cərəyan edən halları İmam Hüseyn (ə) məcbur idi əyani surətdə göstərsin.
Mirmehdi Dərafərin