22 Noyabr 2024 - 22
İmam Hüseynin (ə) məqsədi o həzrətin öz dediklərindədir: “Mən bədxahlıq, fəsad törətmək və zülm etmək üçün qiyam etmirəm. Mən yalnız babamın ümmətini islаh etmək istəyirəm“.
Bu, bir sərlövhədir... "Ey insanlar! Аllаhın Pеyğəmbəri buyurmuşdur: “Kim Аllаhın hаrаmını hаlаl еdən, Аllаhın əhdini sındırаn, Pеyğəmbər (s) sünnəsinə qarşı çıxan, Аllаhın bəndələrinə qarşı günаh, fəsаd və düşmənçilik еdən zalım bir hökmdаrlа üzləşsə, əməli və yа sözü ilə ona еtirаz еtməsə, Allahın haqqıdır ki, bu şəxsi də o zalımı daxil etdiyi yerə (cəhənnəmə) daxil etsin" tipindən olan təbirlərin hər biri bir dərs və bir sərlövhədir.
Söhbət Allah liqasından və Allahla görüşdən gedir. İnsanın yaranmasının, “Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan“ sözünün və bütün bu fəaliyyət və zəhmətlərin məqsədi budur: “Sən Ona qovuşacaqsan!“
Əgər kimsə Allah liqasını vətən seçmişsə, "bizimlə gəlsin”, Hüseynlə yola düşsün; evdə oturmaq, dünyaya və dünya nemətlərinə yapışmaq və Hüseyn yolundan xəbərsiz qalmaq olmaz. Yola düşməliyik. Bu yola düşmək bizim daxilimizdən, nəfsimizdən və nəfsin paklığı ilə başlayır, cəmiyyətə və dünya miqyasına çatır. Bunlar deyilməlidir. Bunlar İmam Hüseynin məqsədləridir. Bunlar Hüseyn hərəkatının xülasələri və yekun nəticələridir.
Hüseyn hərəkatının xülasəsi budur ki, bir gün İmam Hüseyn bütün dünyanın zülm qaranlıqlarının hökmranlığı altında örtülüb məhkum olduğu, heç kəsin həqiqəti deməyə cürət etmədiyi, mühitin, yerin və zamanın qaranlıq və zülmət olduğu bir halda qiyam etdi.
Ayətullah Xamenei