21 Noyabr 2024 - 21
İmamət məsnədində mərdi-dana olmasa olmaz
İmamın helmi kuh və elmi dərya olmasa olmaz
Şüur istər həqiqət dərki biünvan və şəxsiyyət
Yəhudi, ya məsihi əhli məna olmasa olmaz
Əsası etiqadı şiədən ədl və imamətdir
O da min canibillah xəlqə mövla olmasa olmaz
Bilər var Səd Vəqqasın başında neçə milyon tük
Bəli məsum olan bu elmə dara olmasa olmaz
O kəslər ki, Müaviyyəyə əmirəlmöminin söylər
Onlar əhli həqiqətdən mücaza olmasa olmaz
Cahanda höccətullah bilməyin hər nikbətullahi
Əmir əl-möminin dəryayi təqva olmasa olmaz
İmamət şəxsi məsumundu ələmdir xəlayiqdən
Sərpa elm, ecaz və müəmma olmasa olmaz
Yəhudi doktoru gətirdi mətəbdə bir yetim ağlır
Deyir ya Rəbb əlac eylə müdava olmasa olmaz
Sual etdi nədir dərdin bəyan eylə edim dərman
Dedi naxoş anam var çarə peyda olmasa olmaz
Atam əldən gedib tazə, anam tənha ümidimdir
Yetiməm sərpərəstim yox bu tənha olmasa olmaz
Səni verrəm qəsəm mövla Hüseynə bir əlac eylə
O ölsə mən də ölləm əhdim ifa olmasa olmaz
Hüseyn adın eşitdi ol yəhudi oldu narahat
Dedi var bir dəvası gər mühəyya olmasa olmaz
Sarı bir at kəsin cigərin eyləyin hazır
Təbibin nüsxəsi diqqətlə icra olmasa olmaz
Yetim binəva həsrətlə boynun çiyninə qoydu
Töküb göz yaşın ərz etdi Xudaya olmasa olmaz
Yetiməm yoxdu imkanım mənim kəs başım iqdam et
Təsəddüqlən əgər rəfi bəlaya olmasa olmaz
Dilə gəldi təbib onda açıb ağzın şəmatətilən
Dedi bir yol nişan verrəm get amma olmasa olmaz
Sizin ərababınızın ki, şöhrəti dünyanı doldurmuş
Hüseynə get sizilda yalvar ağla, olmasa olmaz
Hüseynin ilxısında yaxşı rəngarəng atlar var
Nolar versə birin aya bu yolda olmasa olmaz
Qayıtdı boynu çiynində, əli qoynunda, gözü yaşlı
Ədu bəzən səbəbdir xeyrə, yoxsa olmasa olmaz
Kərəmi dərgəhini gördü açıq oldu pənahəndə
Dedi gəlsin ağam dərdim var ifşa olmasa olmaz
Yetimi çün Hüseyn gözdən tanırdı aldı ağuşə
Dedi dərdin de əmri fori mücra olmasa olmaz
Atan ölcək səni Allah mənə tapşırdı əmr eylə
Əgər Əkbər kimi sənlən müdara olmasa olmaz
Ürəkləndi dedi ya səyyidi qıl çarə naçarəm
Əlac əldən gedir səyu-təqəlla olmasa olmaz
Anam əlan ölür, məndən nə istir gör təbib amma
Sarı bir at deyir kəsdir və illa olmasa olmaz
İmam əmr elədi forən bir sarı at zibh olsun
Bəli, müşgülqoşa hər işdə guya olmasa olmaz
Cigərin verdilər qaçdı səna quyan, dua quyan
Yəhudi görcəyin gördü ki, haşa olmasa olmaz
Dedi bu sarı at nədir, gərək qırmızı at olsun
Bunu qaytar denən gər qırmızı at olmasa olmaz
Qayıtdı bir də məyus və məlul ol tifli sərgərdan
Görüb şaha yenə ərzi qəzaya olmasa olmaz
Utandı keçmədi səhnə qapıda tökdü göz yaşın
Hüseyn ibn Əli gördü təsəlla olmasa olmaz
Dubarə könlünü aldı doyunca təsliyət verdi
Buyurdu həlli müşkül bu qapıda olmasa olmaz
Yenə dəstur verdi zibh ediblər qırmızı bir at
Müsəlmana yəhudidən çün iza olmasa olmaz
Cigəri aldı şövqilən təbibin səmtinə qaçdı
Xəbisanə dedi gər rəngi beyza olmasa olmaz
Qayıt forən denən səhv etmişəm ağ at istəyir
Müdava etməyə eyni təmənna olmasa olmaz
Qərəz, əmdən o tifli yeddi dəfə getdi qaytardı
Mülazimlər dedi bu xahişə “la” olmasa olmaz
Məgər kimdir bu tiflin xatirinə yeddi at kəsdik
Deyir hey gahi əbləq, gah səfra olmasa olmaz
Hüseynin rəngi qızardı, dedi and olsun Allaha
Bu dərgahi kərimdir, ölü ehya olmasa olmaz
Əsirəm bu yətimə, Zülcənahım istəsə verrəm
Yetimin xatiri mənzuru irza olmasa olmaz
Anam Zəhraya and olsun yetimi etmərəm məyus
Onun təslimiyəm mən hökmfərma olmasa olmaz
Mənimdə bir günü bəlkə balalarım yetim qaldı
Rüqəyyəm ac yatanda nan və xurma olmasa olmaz
Dilində əşhədu ənnə Muhəmməd gördu cuş eylir
Baş açıq pa bürəhnə rahpeyma olmasa olmaz
Qoyub üz əd-dəxil ədrikni quyan babi ümmidə
Dedi pak olmağa bir belə dərya olmasa olmaz
Nəməkzari imamətdə səgi murdarınam Allah
Şəfaətçim əgər dilbəndi Zəhra olmasa olmaz
Qərəz iqbalə baş düşdü yerə Zəhran düşən yerdə
Dedi bu dərgəhin dərbanı Musa olmasa olmaz
Hüseyn pişvaz edib tez mehmani müsəlmanı
Buyurdu dur ayağa seyri məna olmasa olmaz
Müsəlman oldun əlan ki, imamın qüdrətin dərk et
İmama çeşmi dildən bir tamaşa olmasa olmaz
Görək gəlsin zühura qüdrətullah höccəti Allahdan
Yədi beyza Musada təcəlla olmasa olmaz
Dayandı ru beqiblə xazianə qibleyi aləm
O halda çün ədayi zikr və əsma olmasa olmaz
Qurtardı rəkətini səslənib “qumu biiznillah”
Bəli hər kəs inanmaz çeşmi bina olmasa olmaz
Durub atlar dolandılar Hüseynin başına əvvəl
Müsəlləm dilsiz heyvanlar ima olmasa olmaz
İmamın qüdrəti əlbəttə mafoq təsəvvürdür
Və lakin dərki feyzə dili müsəffa olmasa olmaz
İmamiki kəsik başı cidada başladı Quran
Onun ecazidə mafoqi İsa olmasa olmaz
Hüseynin düşməni vəllahi ya kafirdi, ya nadan
Amandır Münzəvi bu mətləb ifşa olmasa olmaz
Rəhim Münzəvi Ərdəbili