21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ey dil, ərbabi-fəzilət gələr inşaəllah
23.02.2019

Ey dil, ərbabi-fəzilət gələr inşaallah
Qəm yemə, nuri-hidayət gələr inşaallah
O ələmdari-ədalət gələr inşaallah
Əvvəlin qaibi-itrət gələr inşaallah
Axərin mahi-imamət gələr inşaallah


Çapa qanlar nə qədər həqqi çapır qoy çapsın
Mərkəbi-zülmü minib harda çapır qoy çapsın
Bu soyuq, köhnə tənurə nə yapır qoy yapsın
Şahi-iqlimi-qəzavət gələr inşaallah
Əlsizə dəsti-himayət gələr inşaallah


Xuni-məzlumi yerə qoy o yaxanlar yaxsın
Sitəm üzüyün barmağa taxanlar taxsın
Bitəfavut oturub zülmə baxanlar baxsın
Qaziyi-mülki-şəriət gələr inşaallah
Verə müstəkbirə zillət gələr inşaallah


Günlərin bir günü ol müntəqimi-xuni-Hüseyn
Zülfəqari-Əli bir əldə o məftuni-Hüseyn
Bir əlində ələmi-sorxi-hümayuni-Hüseyn
Verib öz cəddi bəşarət gələr inşaallah
Pesəri-şahi-vilayət gələr inşaallah


İntizar ahı yanan sinələrə qoy dolsun
Sinəçak aşiqə çox tənə vurallar, olsun
Gözü yolda nə qədər gül solacaq qoy solsun
Verə gülzarə təravət gələr inşaallah
Hələ qeybətdi məşiyyət gələr inşaallah


Əhli-zülmilə küsüb qəlbi barışdırmayacaq
Kim vurub Fatimiyə sili danışdırmayacaq
Nari-hicrə dili-üşşaqı alışdırmayacaq
Budu təfsiri həqiqət gələr inşaallah
Çəkilər pərdeyi-zülmət gələr inşaallah


Xətti-bütlan çəkəcək zülmün əndişəsinə
O ki, zülmilə çalır daşı ürək şişəsinə
Vurmağa tişə o xain bəşərin rişəsinə
Sahibi-tiği-ədalət gələr inşaallah
O əbər-qüdrəti-xilqət gələr inşaallah


Gələcək ayineyi-dilləri saf eyləyəcək
Tiri-eşqi dili-üşşaqı şikaf eyləyəcək
Kəbə misli hamı dövründə təvaf eyləyəcək
Qoymaz aşiqləri həsrət gələr inşaallah
Bəhri-məvvaci-məhəbbət gələr inşaallah


Yari-mövlasan əgər sirrini əğyarə demə
Sən gülü-baği-vilasən sözünü xarə demə
Dərdini saxla yanan qəlbidə əyyarə demə
Çəkmə biganəyə minnət gələr inşaallah
Daiyədari-təbabət gələr inşaallah


Göz yaşın eylə üzünə cari denən ya Məhdi
Sönə tainki ürək nari denən ya Məhdi
Boşla əğyarı, çağır yarı, denən ya Məhdi
Elə bu məclisə dəvət gələr inşaallah
Verməyə eşqinə qiymət gələr inşaallah


Dərü-divar arasında onu Zəhra çağırıb
Qolsuz atdan yıxılan vəxtidə Səqqa çağırıb
Vəxti qarətdə onu Zeynəbi-Kübra çağırıb
Bu fəraqə elə taqət gələr inşaallah
Oxuya rövzeyi-qarət gələr inşaallah


And ola cəddi Rəsulun qəlbi-bikinəsinə
Nənəsi Fatimənin qanə batan sinəsinə
Mürtəza şahi-vilanın əlinin pinəsinə
Edər Allahım inayət gələr inşaallah
Qutarar mövsümü-qeybət gələr inşaallah


Qəsəm olsun ürəyi qanə dönən əhbabə
Qəsəm ol Kufədəki qanə batan mehrabə
Qəsəm olsun başı daldan kəsilən ərbabə
Varisi-xuni-şəhadət gələr inşaallah
Fəxri-kullü bəşəriyyət gələr inşaallah


And ola qəmli Rübabın gözünün qan yaşına
And ola əmməsinin qanə boyanmış başına
Zeynəbin nizə başında dolan qardaşına
Rəhbəri adili nehzət gələr inşaallah
Verə bu nehzətə izzət gələr inşaallah


And ola təşti-təla içrə dağılımış dodağa
And ola guşeyi-viranədə yorğun qonağa
Göyərən xırda biləngə, qabar olmuş ayağa
Səməri-ahi-Rüqəyyə gələr inşaallah
Yarü-xunxahi-Rüqəyyə gələr inşaallah


Dərü-divar arasında onu Zəhra çağırıb
Qolsuz atdan yıxılan vəxtidə Səqqa çağırıb
Vəxti qarətdə onu Zeynəbi-Kübra çağırıb
Bu fəraqə elə taqət gələr inşaallah
Oxuya rövzeyi-qarət gələr inşaallah


And ola cəddi Rəsulun qəlbi-bikinəsinə
Nənəsi Fatimənin qanə batan sinəsinə
Mürtəza şahi-vilanın əlinin pinəsinə
Edər Allahım inayət gələr inşaallah
Qutarar mövsümü-qeybət gələr inşaallah


Qəsəm olsun ürəyi qanə dönən əhbabə
Qəsəm ol Kufədəki qanə batan mehrabə
Qəsəm olsun başı daldan kəsilən ərbabə
Varisi-xuni-şəhadət gələr inşaallah
Fəxri-kullü bəşəriyyət gələr inşaallah


And ola qəmli Rübabın gözünün qan yaşına
And ola əmməsinin qanə boyanmış başına
Zeynəbin nizə başında dolan qardaşına
Rəhbəri adili nehzət gələr inşaallah
Verə bu nehzətə izzət gələr inşaallah


And ola təşti-təla içrə dağılımış dodağa
And ola guşeyi-viranədə yorğun qonağa
Göyərən xırda biləngə, qabar olmuş ayağa
Səməri-ahi-Rüqəyyə gələr inşaallah
Yarü-xunxahi-Rüqəyyə gələr inşaallah

Fərhəng Xudayi Ərdəbili