24 Noyabr 2024 - 24
Aparıcı insanlar təbii ki, iki cəbhədədirlər: haqq cəbhəsinin aparıcı insanları və batil cəbhəsinin aparıcı insanları. Bəziləri fikir, elm və bilgi adamıdırlar və haqq cəbhəsi üçün çalışırlar. Onlar haqqın hansı cəbhədə olduğunu dərk edir, haqqı tanıyır, öz seçimləri əsasında onun üçün işləyir və hərəkət edirlər. Bunlar bir dəstədirlər. Bir dəstə də haqqın qarşı tərəfində və haqla ziddiyyətdə olandır. Əgər yenə də erkən İslam dövrünə qayıtsaq, belə deməliyik ki, bir qrup Əmirəlmömininin (ə) və İmam Hüseynin (ə) səhabələri və Bəni-Haşim tərəfdarlarıdır, başqa bir qrup da Müaviyənin səhabələri və Bəni-Üməyyə tərəfdarları. Bəni-Üməyyə tərəfdarları arasında fikirli, ağıllı və zirək insanlar vardı. Onlar da aparıcı qrupdan idilər. Deməli, bir cəmiyyətdə aparıcı insanlar haqq tərəfdarı olan və batil tərəfdarı olan aparıcı insanlara bölünürlər. Siz batil tərəfdarı olan aparıcı insanlardan nə gözləyirsiniz? Bəllidir ki, gözlənilən onların oturub haqq əleyhinə və sizin əleyhinizə proqram hazırlamasıdır. Buna görə onlarla vuruşmalısınız. Batil tərəfdarı olan aparıcı insanlarla vuruşmaq lazımdır. Bunda şübhə yoxdur.
Ayətullah Xamenei