21 Noyabr 2024 - 21
Həmin gün - hicri 60-cı il Rəcəb ayının 29-da İmam Hüseyn (ə) Mədinədə həzrət Peyğəmbərin (s) mütəhhər məzarını ziyarət edərək, babası ilə vidalaşır. Son ziyarətini edən umam, öz məram və niyyətlərini izah edən vəsiyyətini qoyur. Vəsiyyətində İmam Hüseyn (ə) bəşəriyyətə izah edir ki, hərəkata başlayır və hərəkatının məramı mənsəb və məqam deyil, fəqət Allah dinini yaşatmaq, yaxşılıqlara dəvət ebib, pislikərdən çəkindirməkdir. Vəsiyyəti yazdıqdan sonra, İmam Hüseyn (ə) ümməti Yezid lənətliyin istibdadının və hakimiyyət qəsbinin təhlükələri barədə agah etmək üçün Məkkəyə doğru hərəkət edir. Öz yaxınları və məsləkdaşları ilə birlikdə Mədinədən Məkkəyə doğru hərəkət edən İmam Hüseyn, hər an ölüm təhlükəsi qarşısında olur.
Şəban ayının 3-də təqribən 4 gün sonra İmam Hüseyn (ə) öz əhli-beytilə Məkkəyə daxil olur. Burada imam camaatla görüşür və onlara yaranmış vəziyyəti çatdırır. Təqribən 1 ay bu proses davam edir və İmam Hüseyn (ə) Məkkədə - İslam dininin ən müqəddəs məkanında öz İlahi missiyasını yerinə yetirərək, müsəlmanları mövcud durumdan və baş verə biləcək təhlükələrdən agah edir. Hicri 60-cı il ramazan ayının 10-da İraqın Kufə şəhərindən olan 2 nəfər nümayəndə kufəlilərin məktubunu imama çatdırır. Məktubda kufəlilər elan edirlər ki, Yezid lənətliyin qəsbini qəbul etmirlər və bu barədə imamı məlumatlandırırlar. Ramazan ayının 15-də artıq minlərlə əksər tarixi mənbələrə görə 48 min məktub gəlir imama Kufə əhlindən. Məktublarda kufəlilər imama beyət etdiklərini, Yezid lənətliyin hakimiyyətini tanımadıqlarını bəyan edirlər.
İlqar İbrahimoğlu