22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İmam Həsənin (ə) seçimi
26.02.2019

Əmirəlmöminin İmam Əli İslam cəmiyyətinin o zamankı vəziyyətinə görə şəhid edildi.

Sonra növbə İmam Həsənin imamətinə çatdı. Həmin vəziyyətdə o həzrət altı aydan artıq davam gətirə bilmədi. Onu çox yalqız qoydular.

İmam Həsən-Müctəba bilirdi ki, əgər həmin azsaylı səhabələri və tərəfdarları ilə Müaviyəyə qarşı vuruşsa və şəhid edilsə, İslam cəmiyyətinin aparıcı qrupuna hakim olan dərin əxlaqi tənəzzül onların qanını almağa imkan verməyəcək. Müaviyənin təbliğatı, pulu və zirəkliyi hamını ələ alacaq və bir-iki ildən sonra xalq deyəcək ki, İmam Həsən əbəs yerə Müaviyənin qarşısında baş qaldırdı. Buna görə də o, bütün çətinliklərə dözdü və özünü şəhadət meydanına atmadı, çünki qanının hədər gedəcəyini bilirdi.

Bəzən şəhid olmaq diri qalmaqdan daha asan olur. Doğrudan da belədir. Mənəviyyat, diqqət və hikmət adamları bu məqamı yaxşı dərk edə bilərlər. Bəzən diri qalmaq, bir mühitdə yaşamaq, çalışmaq öldürülməkdən, şəhid olmaqdan və Allahın görüşünə getməkdən daha çətin olur. İmam Həsən bu çətin yolu seçdi.

Ayətullah Xamenei