21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Gəl səni vaqif edim hikmətü-əsrarə qızım
27.02.2019

Həzrət Zəhranın həzrət Zeynəbə xitabı


Gəl səni vaqif edim hikmətü-əsrarə qızım
Bu qədər ağlama, pozma məni məhparə qızım


Belə fikr etmə bala fikrizə mən qalmamışam
Neçə müddətdi ki, ağuşə sizi almamışam
Bilisən yarəliyəm gözdən özüm salmamışam
Neyləyim bais olub sinədəki yarə qızım


Xuni-dil həsrətilə əşkinə qat bu gecədən
Vəsli-kalasini hicranıma sat bu gecədən
Təkliyinə adət elə, fikrimi at bu gecədən
Kərbəlada səni görrəm ürəyi yarə qızım


Babanın fikrinə əlbəttə özün qal gecələr
Onu dindir ürəyindən qəmini al gecələr
Hər namazında xəyala məni də sal gecələr
Kömək et qüssəlidir Heydəri Kərrarə qızım


Gecəni xəlq edib Allah ki, cəhan zülmət ola
Göz-gözü görməyə məzlum atana fürsət ola
Gedə çöllərdə boşalda ürəyin rahət ola
Sözlərin çahə deyib, ağlaya ənharə qızım


Hər baxışda dili-məcruhumu sən dağlayısan
Baxısan üzdəki sili yerinə ağlayısan
Hey gözümdən öpüsən əşki üzə bağlayısan
Neylirəm toxdadı qurbandı gözüm yarə qızım


Sizə bir Kərbübəla var ki, bəla baş verəcək
Haqq Özü Ali-Əbaya qəmi yoldaş verəcək
Kərbəlaya sənə bir sevməli qardaş verəcək
Adı Abbasdı, məşhur ələmdarə qızım


Xoşdiləm mən o qəddi-qaməti Heydər səmərə
Çəp baxanmaz sizə bir kimsənə Abbasə görə
O da oğlumdu mənim bu sözümü al nəzərə
Can fəda eyləyəcək xırdaca qızlara qızım


O balam həşrə kimi babül-həvaic olacaq
Üz qoyan ləhzədə meydana cəmalın solacaq
Çiyninə məşgi gedən vəxtdə Səkinəm salacaq
Məşginə ox dəyəcək, məşg olacaq parə qızım


Kərbəlada ona hər sədmə yetər billəm özüm
Çəkərəm başına əl, qəlbində qəmin silləm özüm
Ox dəyəndə gözünə başı açıq gəlləm özüm
O zaman qəm yetişər itrəti-ətharə qızım


Bir Rübab adlı gəlin bu evə bir gün gələcək
Oxlanıb südəməri qəlbini möhnət dələcək
O da bu evdə elə gün qabağında öləcək
Olacaq niskil onun möhnəti əhrarə qızım

Davud Sadiqi Təbrizi