24 Noyabr 2024 - 24
Bu gün informasiya orqanları Quran təfsirinin, İslam maarifinin, fəlsəfi və irfani məsələlərin və Əhli-beyt (ə) bilgilərinin sözünün daşıyıcısıdır. Deməli, bir tərəfdən bu din natiqləri üçün yeni bir imkandır. Digər tərəfdən, biz ruhani və natiqlər bir vəzifə formasında İslam bilgilərini bütün cəhətləri ilə azad şəkildə xalqa incələmək imkanı əldə etmişik. Keçmişdə belə deyildi; bəzi sözləri demək olardı, bəzi sözləri olmazdı, qoymurdular. Bu gün isə elə deyil.
Mənim fikrim budur ki, bu gün bizim minbər qarşısında yeni bir vəzifəmiz var; bir idarəçilik və bir qayda lazımdır. Bu qayda bu sənətin təcrübəli şəxsləri, bu meydanın mütəxəssisləri və uzun illər bu yolda çalışmış və onun müxtəlif cəhətlərini ölçmüş şəxslərin, həmçinin dövrün şəraiti haqda məlumatlı olan dəyərli alimlərin vasitəsi ilə hazırlanmalıdır. Hər bir zəif söz deyilməməli, hər bir faydasız, yaxud az faydalı bilgi çox faydalı bilgilərin yerini tutmamalı, dövrün tələbi və xalqın dini bilgilərə ehtiyacı diqqətdə saxlanmalı, cihad və Allah yolunda mübarizə məsələsində bilgilərin başı, Aşura hadisəsi təmiz şəkildə bəyan olunmalı, onun gözəl cəhətləri görsənməli, hərdən bəzi yerlərdə bəzi dillərdən, yaxud qələmlərdən sızan, eşidilən və oxunan əlavələr kənarlaşdırılmalıdır. Aşura məsələsi zarafat deyil. Belə əzəmətli bir hadisəni xurafatla qarışdırdıqdan sonra tam təsir gözləmək olmaz. Bu gün bu işləri görmək zamanıdır.
Ayətullah Xamenei