20 May 2024 - 20

20 May 2024 - 20

Salam olsun İmam Hüseynə
01.03.2019

Salam olsun İmam Hüseynə


Salam olsun o susuz ləblərə axan qanına!
Salam olsun nigaran halilə çıxan canına!
Salam olsun yaralı sinədə yatan balana!
Salam olsun qanını qanına qatan balana!
Salam olsun ürəyində qurtarmayan qəminə!
Salam olsun qəmi dərya əzalı Zeynəbinə!
Salam olsun ürəyin tire-qəm2 bölən ağama!
Salam olsun su yanında susuz ölən ağama!
Salam olsun qəm və ənduhu çox olan ağama!
Salam olsun uca boy qardaşı ölən ağama!
Salam olsun saralan gülşənə, solan bağına!
Salam olsun ürəyində neçə cavan dağına!

Əbdülhüseyn Axundzadə