21 Noyabr 2024 - 21
Düzdü sərməşqi qiyamı bizə Quran verdi
Əvvəli səfdə Hüseyn aləmə fərman verdi
O zaman ki, hamı Loğmani zaman olmuşdu
Pərdeyi hisni təqiyyəylə nihan olmuşdu
Ürəyi sahibi əsrin dolu qan olmuşdu
Fəzzəlullah özu alullaha rüchan verdi
Qara topraqdan o Allah ki, insan yaradıb
Müxtəlif rəngidə ba in həme yeksan yaradıb
Hamıya ədlu müsavatilə imkan yaradıb
Əhli təqvayə fəqət rütbeyi şayan verdi
Türkünən farsı görün hansi bir əllər ayırıb
Nəhrəvan əhli kimi cəbheyi digər ayırıb
Həbəşilən qürəşi harda peyəmbər ayırıb
Həqqi heysiyyəti aləmə yeksan verdi
Əhli küfrilə əgər olmasa dəmsaz bəşər
Necə İslama olar şaye pərdaz bəşər
Niyə insaf eləmir təfriqə əndaz bəşər
Bizə bu məktəbi Allah məgər asan verdi
Əlli ildən çoxdu ölmüş idi millətimiz
Məhvu nabud idi namusumuz heysiyyətimiz
Hər cahanxarə mübah olmuş idi sərvətimiz
Aldı İranı ki, abad edə viran verdi
Hər o kişvər ki, vəziri, şahı biqeyrət ola
Gərək əlbəttə onun sərvətidə qarət ola
Biz Əli şiəsiyik bizdə gərək himmət ola
Şükr edək həqqə ki, div aldı, Süleyman verdi
İnqilab etdi bu millət ol İslam adına
İndi bir iddə düşübdür komunislik yadına
İstəyir dini verə ariyə dünya badına
Xəlq bilmir nə üçün bir belə qurban verdi
Vardı bir iddeyi digər də müsəlmanlar ara
Komunisdən çox olardır ki, vurur qəlbə yara
Ah, Yəbnəl Həsən iş gör yetişib indi hara
Hər müzalif bu əzadarə bir elan verdi
Necə ki, kor günün nuru-ziyasın görməz
İnqilabında bunlar əsli əsasın görməz
Bu Hüseyn ləşgərinin qara libasın görməz
Düşmənə mahi Məhərrəmdə necə san verdi
Bir də hər şəhridə yüz min geyinir qara libas
Kuyu-bərzəndə Hüseynə qurulur məclisi yas
Bu əzadaridi saldı dili tağuta həras
İnqilaba çoxu can bəzl elədi qan verdi
Müddəi sən bizə bihudə itab eylirsən
Köhnə aşiqə xürafati xitab eylirsən
Sən bu göz yaşlarını axər nə hesab eylirsən
Adəmin tövbəsinə müjdeyi ğüfran verdi
Kaxi zülmü sitəmabadı, bu göz yaşı yıxıb
Xaneyi qatil və cəlladı bu göz yaşı yıxıb
Zalımı, kafəri, Şəddadı bu göz yaşı yıxıb
İmtahan qalmadı bu sel xüruşan verdi
Adəmi tövbəyə irdaş eləyən göz yaşıdır
Nuhu gerdabidən azad eliyən göz yaşıdır
Qorxulu qəbrini abad eliyən göz yaşıdır
Ağlayan gözlərə qurban gözəl ehsan verdi
Bu Peyəmbər sözüdür yoxdu müsəlləm yalanı
Gördü ki, cümlə Ühüddə ölənin var yananı
Dedi heyf olsun əmim Həmzəyə yox ağlayanı
Bu işarəylə öz əshabına meydan verdi
Hərə öz mənzilinə qaçdı o ərbabi üqul
Çağırıb əhli-əyalın dedi ba qəlbi məlul
Həmzənin ağlayanı yoxdu pərişandı Rəsul
Tökülüb övrət, uşaq əşginə tüğyan verdi
Bu əməl sünnət olub doreyi-Peyğəmbərdən
Biri ölsəydi o əshabi vəfadarindən
Yad edərdilər əvvəl Həmzeyi namavərdən
Kərbəla vaqiəsi bu qəmə payan verdi
Ali-Haşim nə qədər başa qara bağlardı
Naleyi Ümmü Bənin qəlbləri dağlardı
Həmzəyə ağlayan, Abbasa əza saxlardı
Çün əzadarə Peyəmbər özü fərman verdi
Özü şahi şühəda zakir olub bu xəbərə
Çox müsirranə sifariş eləyib şiələrə
“Fəndibuni ənə məzlum və qətilul-əbərə”
Şiənin göz yaşın Allah mənə dərman verdi
Qorxdu təhrif edə amma bu sözü əhli riya
Etdi bir cümləni digərdə sözün roşən əda
Dedi “la yuzkurni mominun illa və bəka”
Xəbərin məna və məfhumuna mizan verdi
Hər kimin var xəbəri şiənin asarından
Həzrəti Sadiqin ibraz olan əxbarından
Nohəxan şairilən etdiyi rəftarından
Ağlayıb-ağladana vədeyi rizvan verdi
Vardı səkkiz qapısı cənnətin ey Zeydi pəlid
Birisi babi Hüseyndir, birisi babi şəhid
İkisi olmuş öz ərbabımızın adına qeyd
Bizə Həqq vədeyi cənnət iki yoldan verdi
Bu iki zübdə müşabeh xəbərə illət var
Həm şəhidə, həm əzadarı üçün cənnət var
Hansına çatsa əlin zəhmətinə ücrət var
Allah, ağlar gözə də ərci şəhidan verdi
Fatimə düşmənidir düşməni ənsari Hüseyn
Çün əzadari Hüseyn yəni həvadari Hüseyn
Başərəfdir o şəqidən səgi murdari Hüseyn
Şəxsi Peyğəmbərə çün nisbəti həzyan verdi
Altımış il taətilən yetmədi rahib hədəfə
Bir gecə ağlardı bax gör necə çatdı şərəfə
Üz tutub sidqilə dilbəndi əmiri Nəcəfə
Dedi təşrifin ağa ruhuma reyhan verdi
Ta təşəhhüd deməyincə bilirəm xaram mən
Bu nəməkzarda əlan səgi murdaram mən
Himmət eylə nəcisəm şirkə giriftaram mən
Görələr kürrü təharət necə ehsan verdi
Dilxoşam mülkə bərazəndə Süleyman aldım
Zərri zəravəri verdim şəhi xuban aldım
Sikkeyi qəlbə gözəl Yusifi Kənan aldım
Vay füruşində naəhlidi, ərzan verdi
Xoşqədəmdir bu səri biqədəm ey sərvəri nas
Tanımırdı səni bu firqeyi göhərnəşünas
Odur Səd oğlu ziyan etdi, varım Həqqə sipas
Mən ona zər, o mənə Yusifi Kənan verdi
İstədim itrətüvə mənzili rahət verilə
Qoymadı deyrdə Səd oğlu iqamət verilə
Nəgiran olma dedim qızlara şərbət verilə
Baxma Şam əhli sizə su yerinə qan verdi
Nitqə gəl vaqif olum bu gecə əsrarından
Məni sirab elə bu ləli göhər barından
Yuyaram indi bu qanlı külü rüxsarından
Çün şərəf deyrimə bu rəsi ləbətşan verdi
Qoy durum teştidə su hazır edim məhzərüvə
Su töküm həqq danışıb qana batan ləblərüvə
Ey Məsihanəfəs əmr eylə qoca nokərüvə
Ev sənindir məni İsa sənə dərban verdi
Dil açandan Məryəmin oğlunu təclil edirəm
Gündə yüz danəni, yüz mərtəbə təkmil edirəm
Altımış ildir ki, fəqət xidməti İncil edirəm
Müjdeyi cənnəti axir mənə Quran verdi
Yumulan gözlərinin dərdini de mən də bilim
Qoruyub qanı əgər isladım əşgilə silim
Yoxdu başımda ləyaqət sənə qurban kəsilim
Yazalar pir kəlisadə baş və can verdi
Məni mədhuş edir ətrin sənin ey məhliqa
Gedirəm huşə gəlir zəmzəmeyi va vələda
Hey deyir ya əbəta va əsəfa va əcəba
Bu Hüseynimdi ki, Quranuva qurban verdi
Bu sızıltı ki, qulağıma gəlir mənadan
Qərq olan səsdi sanki yetişir dəryadan
Hey deyir getdin oğul ac-susuz dünyadan
Sənin iftarını zəhrabeyi peykan verdi
Qolları süst olanın əlləri çatmaz başına
Kül səpənməz baş imkanı gələr göz yaşına
Qəlbimin şişəsini vırdıla hicran daşına
Şimr ki, Xuliyə bu başı şitaban verdi
Görcəyin cismüvi məqtəl ara yandım yaralı
Baş yara, əl yara yandım yaralı
Mən hara, sən hara, mətbəx hara, yandım yaralı
Bu fələk gör kimi axər kimə mehman verdi
Rəhim Münzəvi Ərdəbili