22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Əməvilərin iqtidar daxilində nüfuzu
08.03.2019

İmam Hüseynin (ə) inqilabında əmr be-məruf və nəhy əz-münkərin rolu barədə deyilənlərdən məlum oldu ki, o həzrətin qiyam etməsinin əsas səbəbi İslami hökumətin öz əsl xəttindən uzaqlaşması və bunun ardınca bidətlərin yayılması, Peyğəmbər sünnəsinin itib batması, fəsad, pozğunluq və İslama zidd olan hərəkətlərin artması olmuşdur.

Bir daha xatırladırıq ki, o vaxt İslam hakimiyyəti və müsəlmanların bütün işləri İslamla zidd olan cahil Bəni-Üməyyə dəstəsinin əlində idi. Bu dəstə İslam peyğəmbərinə qarşı illərlə mübarizə etdikdən sonra nəhayət Məkkənin fəthində zahirdə müsəlman oldular. Ancaq öz küfr və münafiqliyini gizlədib peyğəmbərin vəfatından sonra öz gizli fəaliyyətlərinə başlayaraq yavaş-yavaş hökumətdə nüfuz tapıb xilafətin əsas işlərini öz əllərinə keçirdilər. Axırda da həzrət Əlinin şəhadətindən sonra Müaviyənin başçılığı ilə hökumət başına gəldilər. Düzdür, bu dəstənin əsas başda olanları və idarəedici qüvvələri öz çirkin məqsədlərini (daxildən İslama zərbə vurmaq planını və insanların "cahiliyyət" dövrünün adət-ənənələrinə qaytarmaq fikirlərini) üzə çıxarmadılar, ancaq onların gördükləri işləri mütaliə etmək bu mənanı açıq-aşkar bəyan edir. Eləcə də, onlar öz aralarında təşkil vermiş və söz-söhbətlərinin kənara çıxmamasını güman etdikləri məclislərdə öz məqsədlərini açıb söyləyirdilər. Misal üçün qeyd etmək olar ki, bu dəstənin başında duran Əbu Süfyan Osmanın (Bəni–Üməyyənin birinci xəlifəsi) xilafət başına gəldiyi birinci gün Bəni–Üməyyə Osmanın evinə yığışıb qapını bağladıqları vaxtda dedi: "Sizdən başqa burada kimsə var?" (Artıq o vaxt Əbu Süfyanın gözləri tutulmuşdu.) Dedilər: Xeyr. Əbu Süfyan dedi: "İndi ki, hökumət sizin əlinizə düşüb, onu bir-birinizə ötürün. Çalışın ki, hökumət Bəni-Üməyyədən qırağa çıxmasın. Mən and içirəm əqidə bəslədiyim şeyə, nə əzab var, nə hesab-kitab, nə Cənnət var, nə Cəhənnəm, nə də Qiyamət."

Həmən bu Əbu Süfyan Osmanın xəlifəlik dövründə bir gün Ühüd qəbiristanlığının ətrafından keçirdi.O, təpiklə Həmzənin qəbrinə vurub dedi: "Dünən sizinlə üstündə qılıncla vuruşduğumuz şey bu gün bizim uşaqlarımızın əlindədir və onlar onunla oynayırlar."

Mehdi Pişvayi