22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Müaviyə ilə Yezidin fərqi; İmamətə qarşı müharibə
08.03.2019

Müaviyənin zəmanəsini, Müaviyə yaşadığı əsri hər bir müsəlman dərindən öyrənməlidir. Çünki İslam tarixində baş verən bütün fəlakətlərin bünövrəsində Müaviyə ibn Əbu Süfyan durur. Müaviyə hakimiyyətə gəlməkdən ötrü hər növ cinayətə əl atdı. Hakimiyyəti qəsb etməkdən ötrü müsəlmanlara islam adı ilə hakimlik etməkdən ötrü heç nədən çəkinmədi. Amma Müaviyə oğlu Yezidə nisbətdə çox tədbirli və hiyləgər idi. Müaviyə etdiyi cinayətlərə İslam rəngi qataraq edirdi. Yezid isə bunun əksi idi.

Üçüncü xəlifə Osman ibn Əffan Misirdən gələn qiyamçılar tərəfindən öldürüldükdən sonra Müaviyə üçün bir fürsət oldu. Tarixdə var ki Osman ibn Əffan Müaviyəyə də məktub yazaraq onu köməyə çağırmışdı. Müaviyə isə elə Osmanın öldürülməsini gözləyirdi. Osman öldürüləndən sonra Osmanın qanlı köynəyini Əli ibn Əbu Talibə qarşı əlində bayraq etdi.

Əli ibn Əbu Talib zəmanənin xəlifəsi idi. Yəni, Cəfəri məzhəbi etiqadında müsəlmanların birinci məsum imamıdır. Amma onun dünya müsəlmanlarının nəzəriyyəsində Əli ibn Əbu Talib müsəlmanların dördüncü xəlifəsi idi. Və müsəlmanların xəlifəsinə qarşı ilk dəfə din adı ilə üsyan edən üsyankar Müaviyə ibn Əbu Süfyan idi. O, hakimiyyətə gəlmək üçün müsəlmanlar arasında çoxlu təfriqələr saldı, qarışıqlıq yaratdı və Əli ibn Əbu Talib ilə 6 ay davam edən “Siffeyn” müharibəsində 90 minə qədər müsəlmanın qanının tökülməsinə səbəb oldu.

Nuhbala Rəhimov