27 Oktyabr 2025 - 27
Zeynəbi-Kübranın (s) həzrət Zəhra (s) şəhadətində naləsi
Bəla giriftarı anam lay-lay
Mədinə biyarı anam lay-lay
Məzarə tabutu qəribanə
Gedən gecə yarı anam lay-lay
Ey ruhu-rəvanım
Qurban sənə canım
Solan rüxi-zərdi anam lay-lay
Görən əza gerdi anam lay-lay
Nəhan gedən gizlin olan qəbrə
Ürəkdə çox dərdi anam lay-lay
Ey ruhu-rəvanım
Qurban sənə canım
Bəla şəkibası anam lay-lay
Ürək təsəllası anam lay-lay
Mədinədə cahü-cəlal ilə
Qurulmuyan yası anam lay-lay
Ey ruhu-rəvanım
Qurban sənə canım
Mədinə tavusu anam lay-lay
Hüseyn nəvaqusu anam lay-lay
Sağalmayan qəbrə gedincə
Şikəstə pəhlusu anam lay-lay
Ey ruhu-rəvanım
Qurban sənə canım
Bəla çəkən başı anam lay-lay
Ənisi göz yaşı anam lay-lay
Baş açmayan ayrı bacılartək
Yasında qardaşı anam lay-lay
Ey ruhu-rəvanım
Qurban sənə canım
Fərhəng Xudayi Ərdəbili
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto