23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Öpüb söylərdi hey, can Hüseynə
13.03.2019

İmam Hüseyn (ə) və namaz


Qələm Allah adıyla ibtidadə,
Sözü başlayır və lakin sərquşadə.

Hüseynin haqqı çoxdur boynumuzda,
Nəmək pərvərdeyik xani-vilada.

Mürüvvətdən deyil haqqın itirmək,
Cavab olmaz buna yovmi-cəzada.

Bir iddə bu sözü izhar edillər,
Deyillər əksərən bəzmi-əzada.

Hüseyn guya namaza oldu qurban,
Verillər şərhü-bəsti-fövqəladə.

Bu mətləb düz deyil şərən və əqlən,
Bihəvlillah, yazım bax, istinada.

Üsuli-din, fürui-din cüdadır,
Gərək təfkik ola bu ibtidada.

Əgərçi lazım və məlzum həmdir,
Cüdadır cayiqahı iqtizada.

Əgər bir kəs namaza münkər olsa,
O kafərdir, sözüm yox iddiada.

Namaz ilə Hüseynin fərqi çoxdur,
Buna diqqət buyur durma inada.

Fürui-dində vaqedir namazın,
Hüseyn cüzvi-usuli-dindi sadə.

Necə qurban edirsən əsli fərə?
Buyur, biz də bilək, ey şeyxzadə.

Usuli-dində vaqedir imamət,
Rücu eylə kitabi-etiqadə.

Nəmazi-bivilayət dərdə dəyməz,
Hüseyn isbat edib nuki-cidada.

Hüseynsiz bir namazın xeyri olmaz,
Namaz əhli çox idi Kərbəlada.

Əgər dini ağac fərz eləyək biz,
Usuli-dindi rişə bu fəzada.

Ağac hər meyvə versə rişədəndir,
Fürui-şaxü-bərg, meyvə dadə.

O rişə olmasa oddur cəzası,
Əzəl gün səbt olub lövhi-qəzada.

Vurublar əslə bir vəslə həvəslə,
Yazım ta söz qala ayəndə nəslə.

***

Xudadan eylərəm mən istianət,
Edəm ayrı cəhatə ta işarət.

Öləndə tərk olmur şayəd namazın,
Müsəlmansan yenə mömin be ayət.

Vilayət olmasa, sən də o ləhzə
Ölübsən, çün zamani-cahiliyyət.

Fürui-dində var üzrü müvəccəh,
Üsuli-dində yoxdur üzrü-qəflət.

Namazı sındırırsan gah-gahi,
Müvəccəh olsa, yox eybi nəhayət.

Hüseyni heç zaman sındırmaq olmaz,
Hüseyn tohidə münzəmdir beğayət.

Buyurmuş həzrəti Baqir bu sirri,
Ki, beşdir rüknü ərkani-dəyanət.

Namazı, orucu, həcci buyurdu,
Zəkatilə vilayət saydı həzrət.

Dalinca etdi fərmayiş sərihən,
Ki, dördündən də əfzəldir vilayət.

Soruşdu illətin ravi, buyurdu:
Vilayətdir kilidi hər ibadət.

Yenə ayrı dəlayil axtarırsan,
Gedib Quranə bax eylə qəzavət.

Xəlil öz oğlu İsmaili, aya,
Kimə qurban kəsirdi başəhamət?

Namaza oğlunu etmirdi qurban,
Kəsirdi Allaha qurban o saət.

Sözüm yoxdur ki, çıxdı imtahandan
Qəbul etdi onlardan Rəbbul-izzət.

Gedib bax ayədə ləfzi-əzimə,
Təfəkkür eylə üstündə bediqqət.

Xuda qurbanı İsmail olanmaz,
Hüseyn istər bu iş etsin qiyamət.

Hüseyn Allaha qurban oldu bişəkk,
Fədəyna ayəsi eylər dəlalət.

Hüseynin fərqi çoxdur bizlər ilə,
Hüseyndəndir şərəfləndi ibadət.

Hüseyn vasil behəqdir vəsli-dindir,
Hüseyn ruhi füru və əsli dindir.

***

Verib Allah özü rüchan Hüseynə,
Qoyub minnət Həqqi mənnan Hüseynə.

Müqəddəsdir füruati-şəriət,
Olanmaz şənidə yeksan Hüseynə

Namaza, oruca qurban olum mən,
Olar da hamısı qurban Hüseynə.

Hüseynsiz namaz dinara dəyməz,
Namaz ağlar özü ətşan Hüseynə.

İki üzvün Peyəmbər çox öpərdi,
Desəm ağlar balası qan Hüseynə,

Biri qəlbiydi, bir də ləbləriydi
Öpüb söylərdi, hey can-can Hüseynə.

Həmən qəlbi nə hala saldı peykan,
Qələm yazma belə ünvan Hüseynə.

O ox əyləşdi Əkbər dağı üstə,
Çəkəndə ağladı peykan Hüseynə.

Yaza bilsəm əgər ayrı qəmindən,
Olar məclisdə bir tufan Hüseynə.

Peyəmbər öpdü bir gün dişlərindən,
Edibdir nalə və əfğan Hüseynə.

Sual etdi bu işdən əhli-beyti,
Nədir sirri eylə elan Hüseynə.

Peyəmbər dinmədi tökdü sereşgin,
Qalıbdır pərdəli cəryan Hüseynə.

Keçib illər gəlib Kufə qabağa,
Hələ qalmışdı söz pünhan Hüseynə.

O sirri xeyzəran açdı həmən gün,
Dəyəndə dəmbədəm ətşan Hüseynə.

Neçə yol xeyzəran hey qalxıb-endi,
Demə qaldı ləbü-dəndan Hüseynə.

Rüqəyyə səslədi, incitmə əl çək,
Töküb göz yaşını tiflan Hüseynə.

Dedi Zeynəb ki, zalım vurma, vurma,
Vurursan yara gör hardan Hüseynə.

O ləblərdən Peyəmbər çox öpübdür,
Öpüb tez-tez olub geryan Hüseynə.

***

Hüseyn aləmdə hər dərdə dəvadı,
Hüseyn fəthul-futuhi-ənbiyadı.

Hüseyn cəmi-sifati ləm yəzəldi,
Hüseyn əsrari-küllü manəzəldi.

İbadətdə itaətdə Hüseyndir,
Hüseyn həyyi əla xəyril-əməldi.

Hüseyndir ismi-əzəm, ləfzü-məna,
Hüseyn cəmi-füyuzati-məhəldi.

Fəda olsun Hüseynə hər nəyim var,
Hüseynin zəhri-üşşaqə əsəldi.

Gözəllərdən xəbər alsan deyəllər,
Gözəllərdən Hüseyn vallah gözlədi.

Hüseyn tək beyti şeri Kərbəladı,
Hüseyn çün aşiqanə bir qəzəldi.

Hüseynə fitrətən aşiqdi aləm,
Hüseynin eşqi çün beynəlmiləldi.

Hüseynin mehri cənnətdir cinandır,
Hüseynin qəhri duzəxi-filməsəldi.

Xəlayiq səf çəkib zərr aləmində,
Bəlanın şiddətindən göz qaraldı.

Salıb başın hamı yeksər aşağa,
Şəhadət var, əsarət var, cədəldi.

Hüseyn birdən dedi ləbbeyk, ya Rəbb,
Üqul heyran olub yeksər gicəldi.

Nida gəldi, Hüseyn ləbbeykə, sədəyk.
Cəzakəllah ki, eşqin bixələldi.

Hüseyn tənha deyil Zeynəb də vardır,
Məhəbbətdə onlar zərbül-məsəldi.

Odur ki, səs düşüb eşq aləmində,
Bacı-qardaş bunlar başda oldu.

Hüseyn beyət əlin verməz Yezidə
Əli, Allah əlidir bibədəldi.

Gedib Musaya bax, qorxur ölümdən,
Hüseyn qaçmaz vəli, mərdi-əməldi.

Əgərçi qamətin bükmüşdü Abbas,
Əyildi qəddi ta Quran düzəldi.

Hüseyn atdan düşəndə sağ üz üstə,
Nə tənhə ənbiya, Zəhra da gəldi.

Düşüb qodalə gördü nuri-eyni
Ucaldı asimana şurü-şini

***

Hüseynin məqtəli ümmül-quradı,
Hüseyn adı gələn yer Kərbəladı.

Anası Fatimə nurun əla nur,
Atası kerdegarın xanəzadı.

Yıxıldı sədri-zin üstən türabə,
Dilində Rəbbəna, ya Rəbbənadı.

İmamı qəsdi-qürbətlən vurullar,
Şürəyhin hökmüdü, nəsli zinadı.

Avamın dini hərracə qoyuldu,
Xəvassın kisəsi por əz təladı.

Onu hər kim köməksiz gördü vurdu,
Əlində daşdı, xəncərdi, cidadı.

Demillər bu yaralı bir nəfərdir,
Baxır Zəhra buna Xeyrün-nisadı.

Əbəlfəzlin su üstə öldürüblər,
Sınıb meydanda quştək qol-qanadı.

O dəmdə üstünə bir sayə düşdü,
Görüb Cibril məşğuli-bükadı.

Salam etdi, dedi mən Cəbrəiləm,
Sənə lay-lay deyən əbdi-vəfadı.

Dedi şəh başımın üstə dayanma,
Bura Yəsrib deyil, Kərbübəladı.

Əgərçi məhrəmi-Ali-Əbasan,
Sözün, rəmzin həmişə aşinadı.

Vəli bu cilvəyə biganəsən sən,
Sənə bu cilvələr naaşinadı.

Hərimi hifz elə gəlmə qabağa,
Yanar şəhpərlərin gəlsən xətadı.

Nə lazımdır Hüseynə Rəbbi ərini,
Bu qodal içrə bir mən, bir Xudadı.

Uşaqlardan bilirsən nagəranam,
O qızlar itrəti-Ali-Əbadı.

Dayanma get xiyamə qorxuşullar,
Rüqəyyəm nazpərvərdə baladı.

Yananda xeymələr gözlə Rübabı,
Ölübdür Əsğəri qəlbi yaradı.

Gözü ətrafi hər ləhzə gəzirdi,
Gedib Cibril, Şimrə müntəzirdi.

***

Bu kimdir qanına qəltandı, ya Rəbb,
Vücudu sərbesər peykandı, ya Rəbb.

Düşüb qodala qan içrə Hüseyndir,
Fərata göz tikib ətşandı, ya Rəbb.

O qədri nizələr qoymuşdu nöqtə,
Kəənnəh peykəri Qurandı, ya Rəbb.

Hüseyni yaralar saldı nəfəsdən,
Yıxılmış yerdə niməcandı, ya Rəbb.

Dönübdür hər yana vurdu cəmaət,
Bədən başdan-ayağa qandı ya Rəbb.

Deyir ravi gözüm təll üstə düşdü,
Nə gördüm Zeynəb nalandı, ya Rəbb.

Çıxıbdır xeymədən əllər başında,
Gözündə göz yaşı tufandı, ya Rəbb.

Aman ol vəxtidən Zeynəb yetişdi,
Nə gördü, Şimr bivicdandı, ya Rəbb.

Hüseynin sinəsində, əldə xəncər,
Demir bu teşnələb mehmandı, ya Rəbb.

Çıxıbdır çəkməli ərşi-Xudaya,
Bu əndazə məgər asandı, ya Rəbb.

Xanım Şimrilə dərgir oldu nagəh,
Məgər Abbas ölüb, böhrandı, ya Rəbb.

Çəkir Şimri sala Zeynəb aşağa,
O istər zibh edə hər andı, ya Rəbb.

Yapışdı Şimri-şumun xəncərindən,
Yalın xəncər əli doğrandı, ya Rəbb.

Olubdur keşməkeş Zeynəb yıxıldı,
Deyillər bir belə cəryandı, ya Rəbb.

Çuxur yer üç nəfər cəngü-cidəlda,
Biri qəşş eləyib çoxdandı, ya Rəbb.

Bədəndə yarələr düşdü fişarə,
Gözün açdı görə hardandı, ya Rəbb.

Görübdür Zeynəbi qanə batıbdır,
Hüseyn nimxiz olub durdu, ya Rəbb.

Dedi get xeyməgahə iş qutardı,
Denən bu şəh sənə qurbandı, ya Rəbb.

Davud Sadiqi Təbrizi