22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Əməvilərin Əhli-beytə qarşı nifrət yaymaqda əsas məqsədi
14.03.2019

Əhli-beytin hakimiyyəti Qurani-Kərimlə birgə insanları xoşbəxt etmək üçün gözəl bir vasitədir. Amma təəssüflər olsun ki, buna mane oldular və bu hakimiyyətə əngəl törətdilər, ilahi hakimiyyətin qurulması mümkün olmadı.

Xüsusilə əməvilərin hakimiyyətə gəlişi, müaviyənin hakimiyyətə gəlişi və Əhli-beyt ilə açıq-aşkar mübarizə aparması demək olar ki, Əhli-beytin düşmənlərinin əlinə bir fürsət verdi. Müaviyə özü bunlaın başçısı olaraq anti Əhli-beyt hərəkatı yaratdı. Həzrət Əliyə nifrət, Əhli-beytə nifrət demək olar ki, İslam mərkəzlərində, İslam torpaqlarında yavaş-yavaş təbliğ olunmağa başladı.

Tarix yazır ki, həzrət Əliyə minbərlərdə 70 il nalayiq sözlər deyilib. Bu özü sadə bir məsələ deyil. Yəni həzrət Əlinin kin-küdurəti, Əhli-beytin kin-küdurəti bütün insanların qəlbinə bir toxum kimi səpildi və əkildi. Amma sonralar yavaş-yavaş bu inkişaf etməyə başladı. Sonra fürsət və şərait olduqda o düşmənçilik özünü Kərbəla faciəsi kimi biruzə verdi. Bu cəhətdən Kərbəlanı törədənlərə nəzər yetirmək istəsək gərək buna kompleks şəkildə yanaşaq. Yəni Əhli-beytin düşmənçiliyi, kin-küdurəti, insanların qəlbinə salınmasının özü Kərbəla üçün böyük bir zəmin yaratdı və bu faciəyə yol açdı. Əməvi tayfasının məqsədi bundan ibarət idi ki, insanları əsl İslamdan uzaqlaşdırsınlar və öz hakimiyyətlərini islam aləmində əbədiləşdirsinlər.

Samir Ağayev