21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Qurban olum göz yaşuva, az ağla, qardaş!
22.03.2019

Qurban olum göz yaşuva, az ağla, qardaş.
Nə gəldi bəs qardaşuvə, az ağla, qardaş.
Yoxsa ələmdarın ölüb qaldın köməksiz,
Bir çarə qıl öz başuvə, az ağla, qardaş.

Yağış kimi gül surətə əşgin olursan,
Qan yaş ilə rüxsarivi qanə bulursan,
Sərləşgərin harda qalıb yalquz gəlirsən?
Nə gəldi bəs qardaşuvə, az ağla, qardaş.

Qardaş sənin halında var bir özgə aləm.
Elani matəm eyləyir bu qanlı pərçəm.
Getmişdin Əbbas ilə sən meydanə bahəm,
Nə gəldi bəs qardaşuvə, az ağla, qardaş.

Gəldi səsi qardaşuvə özün yetirdin.
Söylə görüm qaldı özü, ya əl gətirdin?
Ya gəlmədi Əbbas özü, məşgin gətirdin?
Nə gəldi bəs qardaşuvə, az ağla, qardaş.

Qardaş qəmini qardaşı öz göz yaşında,
De bir görüm qardaşuvin nə var başında?
Qalmış nədəndi gözlərin nizə başında?
Nə gəldi bəs qardaşuvə, az ağla, qardaş.

Qardaş fəraqində deyər söz başı, qardaş.
Dərdin bəyan et, qan olur göz yaşı, qardaş.
Salmaz belə yalquz yola qardaşı qardaş,
Nə gəldi bəs qardaşuvə, az ağla, qardaş.

Bir də demə Əbbas adın başlanmasın yas,
Bülbül qalar nə halə gör olsa gülü yas,
Aləm bilir səndən Hüseyn ayrılmaz Əbbas,
Nə gəldi bəs qardaşuvə, az ağla, qardaş.

Mən porsişi hal eylərəm nə dillər ilə,
Bəs neyləsin Zeynəb bacın bu qəmlər ilə?
Getsə hara şahlar gələr sərləşgər ilə?
Nə gəldi bəs qardaşuvə, az ağla, qardaş.

Dadə çağırsa qardaşın qardaş verər səs,
Ver bir xəbər Əbbasidən, ey şahi bi kəs!
Tək gəlmisən sərləşgərin harda qalıb bəs?
Nə gəldi bəs qardaşuvə, az ağla, qardaş.

Təndən əlaqə rəxtini aləmdə soydun,
Doymazdın ondan sən, Hüseyn, nə oldu doydun?
Ya cismi bəndi-bəndini meydanda qoydun?
Nə gəldi bəs qardaşuvə, az ağla, qardaş.