21 Noyabr 2024 - 21
Biz hər hansı bir şeyi tərif edəndə müxtəlif cəhətlərdən tərif edə bilərik. Aşura hadisəsi buna görə böyükdür ki, İmam Hüseyn (ə) o qiyamın başçısı idi. Və bu gün bütün dünya yığışıb İmam Hüseynin şəxsiyyətində, elmində, ədalətində, siyasətində, idarəçiliyində, möminçiliyndə, imanında, təqvasında və ictimai, fərdi həyatında bir səhv tuta bilmir.
Məsələn bəziləri deyirlər ki, Quranda ayə var. "Özünüzü təhlükəyə atmayın". İmam Hüseyn də bilirdi, peyğəmbər ona demişdi. Başqa vaxt peyğəmbəri qəbul etmirlər. Deyəndəki peyğəmbər buyurub: "Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır". Bunu qəbul etmirlər. Amma deyirlər peyğəmbər demişdi Kərbəlada şəhid olacaqsan. Niyə getdi? Bu fikir çox düşüncəsiz bir fikirdir. Cihada gedənlərin hamısı bunu bilir. Bir adam ölümünü qəbul etməsə cihada getməz. Cihadda gül və ya konfet paylamırlar. Cihada gedən bilir birinci ölümdür, ikinci qələbə. Sadəcə bu İmam Hüseynə qarşı olan bir iraddır ki, deyirlər: "Bilirdin öləcəksən niyə getdin?"
Onda peyğəmbər 82 dəfə müharibə edib, gərək etməyəydi. Və ondan əvvəlki peyğəmbərlər. Sözüm budur ki, İmam Hüseynə belə iradlar edirlər. O da ki, heç qəbul olunası deyil. Aşuranın böyüklüyü bunda idi ki, Aşuranın sərkərdəsi İmam Hüseyn idi.
Əhliman Rüstəmov