22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

İmamın qiyam barədə qərar aldığı gecə...
28.03.2019

Müaviyə ömrünün sonlarında çox narahat idi. Oğlunun şəxsiyyətini görürdü ki, bu bütün günü it dalınca qaçır, meymun oynadır, əyyaşlıq edir. Düşünürdü ki, bu necə hakimlik edəcək, necə hakimiyyətdə qalacaq, bilmirdi. Ümidi ancaq onun yanında olan məsləhətçilərə idi ki, onlar buna yol göstərəcəklər. Və tarixdə qeyd olunub ki, Müaviyə ölümünə az qalmış Yezidi çağırıb ona tövsiyə verdi. Dedi: "Əgər məndən sonra hakimiyyətdə qalmaq istəirsənsə 3 kəsdən özünü qoru. Bu 3 nəfərin 1-i Zübeyrin oğlu Abdullahdır, biri Ömərin oğlu Abdullahdır, biri də Əlinin oğlu Hüseyndir. Əgər Zubeyrin oğluna dünya malından pay versən səninlə işi olmaz və səndən əl çəkər. Ömərin oğlu Abdullahı isə öldürərsən. Amma Əlinin oğlu Hüseynlə yol tap və düzgün davran".

Bilirik ki, Müaviyə Əli ilə düşmənçiliyin sonunda İbn Mülcəmi göndərərək gizli şəkildə Əliyə qarşı bir cinayət edir, sonra İmam Həsənə qarşı da gizli şəkildə terror işlədir. Müaviyənin fikri bu idi ki, oğlu da ağıllı olsun İmam Hüseyni aradan götürmək üçün belə bir gizli terror etsin. Yəni aşkarda Hüseyn ilə düşmənçilik etməsin. Amma Yezid əxlaqsız biri olduğu üçün təkəbbürlük edib birinci göstərişi bu oldu ki, həmən üç nəfərdən beyət alınsın. Əgər beyət etməsələr başları kəsilsin və yanıma gətirilsin. İmam Hüseyn (ə) gecə vaxtı hökümət evinə çağırılanda bunu bildi ki, artıq Yezid hakimiyyətə gəlir. Həmin gecə imamdan beyət istəyəndə imam dedi ki, gecə qaranlığının beyəti sizə nə verəcək, mən sabah insanların qarşısında danışaram və sözümü deyərəm. İmam Hüseyn (ə) orada bildi ki, artıq məsələ bitib ya qan töküləcək ya da qiyam qaldırılmalıdır. Başqa yolu yoxdur.

Mirmehdi Dərafərin