22 Noyabr 2024 - 22
Nəql olunmuşdur ki, Aşura hadisəsindən və İmam Səccadın (ə) Mədinəyə qayıtmasından sonra bu karvanın Mədinədən çıxıb yenidən qayıtmasına qədər bəlkə də 10-11 ay ötmüşdü. Bir nəfər onun yanına gəlib dedi: “Ey Allah Rəsulunun oğlu! Gördünüz? Getdiniz nə oldu?!”
Doğru da deyirdi. Bu karvan elə bir halda getmişdi ki, Əhli-beytin parlaq günəşi, Peyğəmbərin övladı, Allah rəsulunun əzizi olan Hüseyn ibn Əli onların başında və arasında idi. Əmirəl-mömininin qızı izzətlə və başucalığı ilə getmişdi. Əmirəl-mömininin övladları – Abbas və digərləri, İmam Hüseynin övladları, İmam Həsənin övladları, Bəni-Haşimin dəyərli, seçilmiş və adlı-sanlı gənclərinin hamısı bu karvanla getmişdilər.
İndi bu karvan qayıdıb və onda yalnız bir kişi İmam Səccad var. Qadınlar əsirlik, əziyyət və yara görmüşlər. İmam Hüseyn yox idi, Əli Əkbər yox idi, hətta südəmər körpə də bu karvanda deyildi. İmam Səccad bu şəxsin cavabında buyurdu ki, əgər getməsəydik, nə olacaqdı?!
Bəli, əgər getməsəydilər, bədənlər sağ qalacaqdı, amma həqiqət məhv olacaqdı, ruh əriyəcəkdi, vicdanlar tapdanacaqdı, ağıl və məntiq tarix boyu məhkum olacaqdı. İndi isə hətta İslamın adı da qaldı.
Ayətullah Xamenei