23 Noyabr 2024 - 23
Aşura günü həmin əzəmətli və böyük hadisənin zirvəsidir. Hüseyn ibn Əli (ə) Kərbəlaya müharibə dəm-dəsgahı ilə gəlməmişdi. Döyüşə getmək istəyənə əsgər lazımdır, lakin İmam Hüseyn (ə) öz övladlarını və qadınlarını da özü ilə gətirmişdi. Bu o deməkdir ki, burada tarix boyu həmişə insanların duyğularını özünə yönəldəcək və İmam Hüseynin (ə) işinin əzəmətini bəlli edəcək bir hadisə baş verməlidir. İmam Hüseyn (ə) bilir ki, düşmən alçaq və rəzildir. Görür ki, onunla döyüşə gələnlər kiçik və dəyərsiz bir mükafat qarşılığında belə böyük cinayəti törətməyə hazır olan Kufə quldurlarıdır. O, həyat yoldaşının və övladının başına nə gələcəyini bilir. İmam Hüseyn (ə) bunlardan xəbərsiz deyil. Lakin eyni zamanda təslim olmur, yolundan dönmür, bu yolda hərəkətə israr edir. Bəllidir ki, bu yol nə qədər mühüm və bu iş nə qədər böyükdür.
Ayətullah Xamenei