23 Noyabr 2024 - 23
Mənzil-mənzil getmiş karvan,
Ya Hüseyn getdi əldən cəvani,
Heyf ola görmədim Kərbü-bəlani,
Ya Hüseyn, ya Hüseyn, ya Hüseyn can!
Ey şəhidi-rahi-din və Quran,
Ayrılıqdan ürək oldu al-qan,
Mən dedim qəbrinə zair ollam,
Altıgüşə gözəl qəbrinə qurban!
Ya Hüseyn can, gözü yolda qaldım,
Hey xəbər aşinalardan aldım,
Sən anan canı bir bizlərə bax,
Getdi əldən cavanlıq, qocaldım.
Ya Hüseyn can, səni yada sallam,
Qara bayraqdan ətrivi allam,
Qəbrinə zair olsam mən ölsəm,
Həşrədək orada asudə qallam.