22 Noyabr 2024 - 22
Müaviyənin ölümü ilə onun 20 illik alçaq və rəzil hökuməti dövrü sona çatdı. O, bu 20 il ərzində xalqın ürəyinə elə qorxu və vəlvələ salmışdı ki, heç kim Peyğəmbər Əhli-beytindən danışmır, onları müdafiə edə bilmirdi. Onun hökuməti illərində şiələrin vəziyyəti olduqca ağır idi. Müaviyə ya onları öldürür, ya həbs edir ya da vətənlərindən didərgin salırdı.
Həzrət Əli (ə) və Əhli-beytin fəzilətləri barəsində hədis deyənlərin təqib olunacağını isə rəsmi surətdə elan olunmuşdu. O, Əhli-beyt əleyhinə hər növ fitnə və fəsaddan istifadə edirdi. Onlara qarşı təbliğat və şayiələr elə bir həddə idi ki, Şam əhli həzrət Əlinin (ə) namaz mehrabında şəhid olmasını eşidəndə təəccüblə soruşurdular: "Məgər Əli namaz qılardı?" Müaviyə bu mühiti oğlu Yezidin hakimiyyətə gəlməsi üçün hazırlamışdı. Heç kəsin onun qarşısında etiraz etmək iqtidarında olmadığını oğluna söyləmiş, yalnız İmam Hüseyn (ə) tərəfindən təhlükə gözlədiyini ona xatırlatmışdı. Yezid belə bir vəziyyətdə hökumətə çatdı və ilk növbədə atasının hökumət nümayəndəsinə məktub yazıb İmam Hüseyndən onun üçün beyət almasını əmr etdi.
Məhəmməd İştihardi