22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Məhərrəmin haram ay olmasının Kərbəla hadisəsilə əlaqəsi yoxdur
06.04.2019

Bildiyimiz kimi Məhərrəm ayı Allah-Taala tərəfindən haram aylar kimi müəyyən olunmuş bir neçə aydan biridir. Bu haram aylarda müharibə və bir neçə məsələlər haramdır.

Bu aspektdən baxdıqda Aşura hadisəsinin Məhərrəm ayında baş verməsi İmam Hüseyn ilə Məhərrəm ayını əlaqələndirmir. Yəni İmam Hüseynə görə Məhərrəmin haram ay olmasını iddia etmək olmaz, bunların əlaqəsi yoxdur.

Məhərrəm ayında Tasua və Aşura qeyd olunur. Tasua Məhərrəm ayının 9-na, Aşura isə 10-na təsadüf edir. Ərəb dilində “tisa” doqquz, “əşərə” on deməkdir, bu adlar da oradan götürülüb.

Əslində Ərəb ədəbiyyatının qayda-qanunlarına əsasən 10 “əşərə”dirsə, Aşuraya "Aşir" deyə bilərdik, amma Aşura deyilir. Bəzi tarixi günlərdə mühüm hadisələr baş verəndə və həmin gün ad kimi götürüləndə sözün axırına bir “əlif” hərfi əlavə olunur. Ona görə Aşura və Tasua deyilir.

Yəni Kərbəla hadisəsinin Məhərrəm ayında, həmin gündə baş verməsinə görə Aşura adı götürülüb. Amma bu ayın haram aylardan olmasının İmam Hüseyn ilə bağlılığı yoxdur.

Şəhadət Heydərov