25 Noyabr 2024 - 25

25 Noyabr 2024 - 25

Əhli-beytsiz Quranla addımlamaq səhvlərə yol açır
08.04.2019

Biz imamları tanımaq istəyiriksə gərək ilk öncə Qurani-Kərimə müraciət edək. Tarixi hadisələrdən birini qeyd edirəm. İmam Səccad, Xanım Zeynəb və digər Kərbəla əsirləri Şam şəhərinə daxil olanda bir yaşlı kişi İmam Səccada baxıb dedi: Allaha şükr olsun ki, Allah sizləri məğlub etdi və “əmirəlmöm in” Yezidi qalib etdi.

İmam Səccad həmən adama dedi ki, ey qoca sən heç Qurani-Kərimi oxuyubsan?

Həmən şəxs dedi: Bəli oxumuşam.

İmam Səccad dedi: Allah Quranda “Şura” surəsinin 23-cü ayəsində buyurur ki, Ya peyğəmbər de mən sizdən risalətimin müqqabilində öz yaxınlarıma, əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.

Həmən şəxs dedi: Bəli mən bu ayəni də oxumuşam.

Sonra imam dedi: Bu ayədəki peyğəmbərin yaxınları bizlərik. Ardınca imam buyurdu sən məgər “İsra” surəsini oxumayıbsan ki, orada Allah peyğəmbərə buyurur: “Öz yaxınlarının haqqını ver.” İmam Səccad dedi bax o peyğəmbərin yaxınları bizik.

Sonra İmam Səccad “Əshab surəsindəki, “Təthir” ayəsini oxudu. Allah orada buyurub: “Həqiqətən mənim istəyim budur ki, siz Əhli-beyti pak-pakizə qərar verim. Və bütün çirkinlikləri sizdən uzaq edim.”

Həmən yaşlı şəxs narahat oldu və təəccübləndi. Dedi: "Mən bu ayələri oxumuşam amma bilmirdim ki, bu ayələrdə sizlər nəzərdə tutulubsunuz. Və bu işinə görə tövbə edib, haqqı tapdı.

Bu tarixi hadisədə bir neçə incə mətləb var. Əvvəli budur ki, o yaşlı şəxs müsəlman idi. Amma azğınlığa düşməyinin ən əsas səbəbi bu idi ki, zahirən Quranı oxuyurdu, Qurandan xəbəri var idi, amma Quran ayələrinin mənasını və təfsirini bilmirdi. Və Əhli-beyti Qurandan tanımamışdı. Yəni hər kim Əhli-beyti Qurani-Kərimdən tanımazsa, doğru-düzgün ayələrdən çıxarış edə bilməzsə həmən şəxs bilməz ki, Əhli-beyt kimdi, Əhli-beytin düşmənləri kimdir.

Taleh Abasov