21 Noyabr 2024 - 21
Bu nə mahdır ki, həddən keçib iztirabi-Zeynəb,
Fələk üzrə mehrü-mahi eyləyib kəbab Zeynəb.
Dedim əndəlibi-zarə ki, nə ah-zardır bu?
Dedi: Bu fəğanə bais ələmi-cənab Zeynəb.
Dəxi lalədən soruşdum: niyə dağdar olubsan?
Dedi: Yandırıbdı bağrım o evi xərab Zeynəb.
Gülü, sünbülü çəməndə bu gün əşkbar gördüm,
Buları edib pərişan yəqin inqilabi-Zeynəb.
Bu bəlalı çöldə qönçə necə bərqədar olsun,
Kim, əsir Şami-şuma gedə biniqab Zeynəb.
Özün etsə qərqeyi-xun nə əcəb o qətlgəhdə,
Bədəni-Hüseyni göz-göz görə çün cənab Zeynəb.
Götür zivəri aradan ki, fəqani-şanə qoymaz,
Səri-zülfi-növrəsə verə piçtab Zeynəb.
Deyil özgə ğazə hacət onun əllərin həmin dəm,
Dəmi-Qasim ilə eylə necə gör xizab Zeynəb.
Nə rəvadürür güşadə gəzə kuçə-kuçə, ey çərx,
O, öz əksi-qamətindən eyləyən hicab Zeynəb.
Xəbər aldım əhli-beytin, ədədi qəmin fələkdən,
Dedi ki, hesaba gəlməz qəmi-bihesab Zeynəb.
Hamı dostunun günahın Sən özün bağışla, ya Rəbb,
Bədəli-qəmini-Gülsüm beruxi-pürab Zeynəb.
Dəxi Zakiri hesab et səgi-kuyi-Kərbəladən,
Behəqqi-fəqani-Zəhra, behəqi-əzab Zeynəb.
Qasım bəy Zakir (1784-1857)