21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Səccadın təhriflərə qarşı əks-təbliğata başlaması
22.04.2019

Kərbəla hadisəsinin günümüzə təhrif olunmadan gəlib çatmasında həm İmam Səccadın, həm də Xanım Zeynəbin xüsusi rolları olub. Bildiyiniz kimi Yezidin dövründə təbliğat və bütün imkanlar Yezidin əlində idi. Ona görə belə bir dövrdə bu hadisəni təhrif etmək və gələcək nəsillərə yalnış formada çatdırmaq asan bir iş idi. İmam Hüseynin qarşısına çıxarılan qoşuna nəzər yetiriləndə elə bu təhrifin özəlliyini görmək mümkündür. Yəni bir dəstə İmam Hüseynlə döyüşməyə gəlmişdi. Buna görə ki, bir nəfər (onların nəzərində) haqq olan hakimiyyətə, xəlifəyə qarşı çıxıb və bu xaricidir. Və bununla döyüşmək vacibdir. Yezidin göndərdiyi o qoşunda bu təfəkkürdə olan insanların varlığı onu göstərir ki, təhrif prosesi müəyyən qədər özünü doğrultmuşdu. Belə bir həssas zamanda bu təhrifə qarşı əks təbliğat lazım idi. Elə bir təbliğat ki, insanların zehnində formalaşmış və kök salmış yalnış məlumatları aradan aparsın. Təbii ki, bu asan bir iş deyildi. Yəni siz böyük bir kütlənin, hakimiyyətin qarşısındasınız və bütün imkanlar onların əlindədir və onlar öz prinsiplərinə uyğun təbliğat aparıblar. Və siz də gəlib bu təbliğat prosesini kökündən dəyişmək istəyirsiniz. Bu da təbii ki, böyük bir məsuliyyət, iradə, səbr tələb edirdi. Yəni bu hər kəsin bacaracağı bir iş deyildi. Həm savad lazımdır, həm bəsirət lazımdır, həm siyasət və tədbir lazımdır. Bu xüsusiyyətlər gərək insanda cəm olsun ki, o yalnış təhrifin qarşısını alsın.

Belə bir zamanda ən böyük vəzifə məhz İmam Səccadın üzərinə düşürdü. İmam Səccad Yezidin sarayında bu təhrif prossesinin qarşısının alınmasına başladı və ilk qədəmləri də orada atdı. İmam Səccad (ə) orada söz istədi və minbərə çıxaraq özünü tanıtdı. Və həmən məclisdə İmam Səccadın verdiyi məlumatlar ki var idi mən kiməm, atam kimdir, əmim kimdir, babam kimdir biz hansı hədəf uğrunda çıxmışıq və sair. Elə saraydaca bu əks təbliğat öz əks təsirini qoydu və Yezidin ətrafında olanlar prosesi başa düşdülər ki, necə böyük bir cinayətə əl atdıqlarını və yalnış bir yola qədəm qoyduğlarını başa düşdülər.

Təbriz Qasımov