21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Ziyarət məsələsində yeni bidət
07.05.2019

Ziyarət məsələsində qəribə və yeni bir bidət də yaratmışlar. İmamların pak qəbirlərini ziyarət etmək istəyəndə məqbərənin həyət qapısından daxil olan kimi üzü üstə yerə uzanır və sürünə-sürünə qəbrə sarı gedirlər. Siz bilirsiniz ki, Peyğəmbərin (s), İmam Hüseynin (ə), İmam Sadiqin (ə), Musa ibn Cəfərin (ə), İmam Rzanın (ə) və digər imamların pak qəbirlərini Mədinədə, İraqda və İranda hamı, o cümlədən böyük alim və fəqihlər ziyarət edirdilər. Nə zamansa eşitmisinizmi imamların, yaxud alimlərin hansısa ziyarət etmək istəyəndə qapıdan girən kimi özünü sürünə-sürünə qəbrə çatdırsınlar?! Əgər bu iş xoşagələn, müstəhəb, məqbul və yaxşı olsaydı, böyüklərimiz edərdilər, amma etməyiblər. Hətta söylənib ki, mərhum Ayətullah Bürucerdi - o böyük alim, güclü, dərin və aydın fikirli müctehid bəlkə də müstəhəb olan kandar öpməyi qadağan etmişdi. Güman ki, kandarı öpməyin müstəhəb olması hədislərdə göstərilmişdir, dua kitablarında var. Səhv eləməsəm, kandarı öpmək üçün hədis də mövcuddur. Bu iş müstəhəb olsa da, o deyirdi ki, bunu etməyin, düşmənlər sizin səcdə etdiyinizi düşünüb Şiə firqəsi əleyhinə ittiham düzəltməsinlər.

Lakin bu gün bəziləri Əli ibn Musa Rzanın (ə) pak məqbərəsinə daxil olduqda yerə uzanıb 200 metrlik yolu sürünə-sürünə gedir və özlərini qəbrə çatdırırlar. Bu iş doğrudurmu?! Xeyr, bu iş səhvdir. Ümumiyyətlə dinə və ziyarətə hörmətsizlikdir. Belə bidətləri xalq arasında yayan kimdir? Bəlkə bu da düşmənin işidir. Bunları xalqa deyin və zehinləri aydınlaşdırın.

Ayətullah Xamenei