20 May 2024 - 20

20 May 2024 - 20

Babi şəfaətdir Hüseyn
23.04.2019

İmam Hüseynin (ə) vəsfi

Qundaq ilən ərşə zinətdir Hüseyn
Həşridə babi şəfaətdir Hüseyn
Sərvəri azad mərdani cahan
Milləti İrana izzətdir Hüseyn
Qəlbdə gizlin məhəbbətdir Hüseyn
Xəlqə misbahi hidayətdir Hüseyn
Mayeyi ənduh və möhnətdir Hüseyn
Payeyi ədl və şərafətdir Hüseyn
Hər əməldə şərti səhhətdir Hüseyn
Rəmzi rəhmət, ruhi taətdir Hüseyn
Bəhri cud, əbri səxavətdir Hüseyn
Şahi iqlimi səadətdir Hüseyn
Mahi əflak fütüvvətdir Hüseyn
Meyveyi nəxli nübüvvətdir Hüseyn
Şireyi pistani ismətdir Hüseyn
Buyi ətri baği cənnətdir Hüseyn
Cuyi nəhri şəhri qüdrətdir Hüseyn
Mərdi meydani şücaətdir Hüseyn
Fərdi divani fəsahətdir Hüseyn
Şeri porşur və lətafətdir Hüseyn
Nəsri mənsuri bəlağətdir Hüseyn
Tərhi bəzmi arayi möhnətdir Hüseyn
Şərhi ənduh və müsibətdir Hüseyn
Mehri rəxşani vilayətdir Hüseyn
Çöhri zibayi imamətdir Hüseyn
Şafeyi ruzi qiyamətdir Hüseyn
Dameyi üsyani ümmətdir Hüseyn
Ruzi məhşər Allah əmrilən yəqin
Mayeyi əfv və şəfaətdir Hüseyn

Rəhim Münzəvi Ərdəbili