23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin (ə) birinci məqsədi
23.04.2019

İmam Hüseyn (ə) özünün birinci məqsədini belə izah edir: İslam ölkəsindən fəsadın kökünü qazmaq və islah yaratmaq. İslah nədir? Yəni fəsadı məhv etmək. Fəsad nədir? Fəsadın müxtəlif qisimləri var: oğurluq fəsaddır, xəyanət fəsaddır, asılılıq fəsaddır, hegemonluq fəsaddır, əxlaqi sapqınlıqlar fəsaddır, maddi sapqınlıqlar fəsaddır, doğmalar arasında düşmənçiliklər fəsaddır, din düşmənlərinə yönəlmək fəsaddır, dinə qarşı olanlara maraq göstərmək fəsaddır.

Hər şey dinin sayəsində vücuda gəlir. Sonrakı cümlələrdə buyurur ki, sənin məzlum bəndələrin amanda qalsınlar. Məqsəd cəmiyyətin məzlumlarıdır, nə zalımlar, nə zülmkarlar, nə zülmü mədh edənlər, nə də zülmün vasitələri və işçiləri. Məzlumlar - əlayağı olmayanlar, bir iş görə bilməyənlərdir. Məqsəd budur ki, cəmiyyətin məzlum insanları, hər hansı bir səviyyədə və hər hansı bir yerdə olan zəif insanlar təhlükəsiz olsunlar: namus təhlükəsizliyi, maddi təhlükəsizlik, hüquqi təhlükəsizlik; bu gün dünyada mövcud olmayan bu təhlükəsizliklər. İmam Hüseyn (ə) o zaman tağutların hökmranlığı dövründə olanın tam qarşı tərəfini istəyirdi. Bu gün dünyaya baxsanız, görərsiniz ki, elədir; din bayraqlarını əksinə çevirirlər, Allahın məzlum bəndələrini daha da məzlum edirlər, zalımların əli məzlumların qanına daha artıq batır.

Ayətullah Xamenei