23 Noyabr 2024 - 23
İmam Hüseyn (ə) öz hərəkatının fəlsəfəsi kimi zülmlə mübarizəni göstərir: “Yezid Аllаhın bəndələrinə qarşı günah və düşmənçilik edir“.
Söhbət dünyanın bütün insaflı şəxslərinin qəbul etdiyi ən müqəddəs məqsədlərdən gedir. Belə bir insan belə bir məqsəd yolunda ən çətin mübarizəyə dözür. Ən çətin mübarizə qərib mübarizədir. Dostların həvəsləndirməsi və bütün xalqın təqdiri arasında öldürülmək çox da çətin deyil.
Erkən İslam çağının döyüşlərinin birində haqq və batil cəbhəsi bir-birinin qarşısında dayandı. Peyğəmbər (s) və Əmirəl-möminin (ə) kimi şəxslər haqq cəbhəsinin başında durdular. Peyğəmbər (s) öz əsgərlərindən soruşdu ki, meydana çıxıb düşmən ordusunun filan məşhur döyüşcüsünu məğlub etmək istəyən varmı? İslam ordusundan bir gənc könüllü şəkildə önə çıxdı. Peyğəmbər (s) əlini onun başına çəkdi və onu yola saldı, müsəlmanlar da onun üçün dua etdilər. O, döyüş meydanına getdi, cihad etdi və öldürüldü. Bu bir növ öldürülmək və cihad etməkdir. Cihad etməyin başqa bir növü isə elə bir cihaddır ki, insan döyüş meydanına gedəndə cəmiyyət ya onu inkar edir, ya qafildir, ya kənara çəkilir, yaxud qarşısında dayanır; ürəkdən təqdir edən və sayları az olan şəxslər də onu tərifləməyə cürət etmirlər.
Ayətullah Xamenei