22 Noyabr 2024 - 22
Ziyarəti Aşuradaİmam Baqir (ə) İmam Hüseyn (ə) ilə yanaşı Kərbəla şəhidlərinə də salam verir. Allahın höccətləri imamlar və bütün peyğəmbərlər Kərbəlada şəhid olanlara salam verirlər. Buyururlar, salam olsun o ruhlara ki, Hüseynin yolunda canlarını fəda etdilər. Cəsədlərə demir, ruhlarına deyir. Ardınca İmam buyurur: "Nə qədər mənim canım var və nə qədər gecə gündüz var Kərbəlada İmam Hüseynin yolunda canını fəda edənlərə Allahın salamı olsun!"
Kərbəlada şəhid olanların hamısı zahid və abid idilər. Abid yəni ibadət edən. Zahid yəni zöhd sahibi. Tarix kitablarında, o cümlədən "İbsarul Eyn" kitabında Əllamə Səmavi Kərbəlada olanların haqqında yazır. Onlardan biri Səid ibn Əbdulah Hənəfi idi. Kufənin ən mötəbər böyük şəxsiyyətlərindən olub. Yəni adi sıradan bir vətəndaş gəlib Kərbəlada İmam Hüseynin yanında şəhid olsun... Xeyr, belə deyildi. Hər biri ayrı-ayrılıqda abid, alim və zahid şəxslər olublar.
Hacı Həsən