22 Noyabr 2024 - 22
Ümumiyyətlə məhərrəmlik ayını dünyanın müxtəlif yerlərində müsəlmanlar, xüsusən də Əhli-beyti daha yaxından tanıyanlar, onların yolunu gedənlər qeyd edirlər. Bizim Azərbaycanımızda da bu insanların təfəkküründə bu cür yayılıb. Ata-babalarımızdan belə gəlib ki, Məhərrəm ayı başlayandan insanlar baxmayaraq ki, namaz qılan deyil, ibadət edən deyil, hətta bəzi günahları da edir amma məhərrəm ayı başlayandan qurtarana qədər şadlıq etmirlər. Səbəbi də İmam Hüsyenə və Əhli-beytə olan hörmətdir.
Kərbəla hadisəsi böyük bir müsibətdir. İnsanlar da bunu bu cür qəbul ediblər və bu cür qəbul da etməlidirər. Bunun digər səbəbinə baxanda görürük ki, rəvayətlərdə var Peyğəmbəri-Əkrəm özü buyurur: "Mən və Əli bu ümmətin atasıyıq". Yəni ümumi Əhli-beyt ümmətin atasıdır. Əhli-beyti Allah nicat üçün göndərib. Başqa bir yerdə buyurulur ki, həqiqi möminlər bizim müsibətmizidə qəmgin olarlar, bizim şadlığımızda şad olarlar. Ona görə də gərəkdir ki, peyğəmbər övladlarının şəhadətində biz də hüznlənək və şadlıq günlərində şadlanaq.
Başqa bir qeyd də edim ki, bəzən insanlar şadlıq deyəndə toy etmək, ad günü etmək kimi mərasimlərin keçirilməsini anlayırlar. Və bu məsələni əqd məsələsi ilə qarışdırırlar. Bir insan əgər əqd etmək istəyirsə edə bilər, məhərrəmdən sonra və yaxud ondan əvvəl etsin. İndi bir vəziyyət alına bilər ki, elçi gedilib qız alınıb, hər şey qaydasındadır. Burada İmam Hüseyn də, Əhli-beyt də razı olmaz ki, bir insan gedib harama düşsün. Ona görə əqd məsələsində halallıq olsun deyə kəbin kəsmək olar. Amma şadlıq məsələsi, kəbin məsələsi ilə qarışdırılmasın.
Şəhadər Heydərov