22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Oğulun inamının və atanın əzəmətinin gözəl cilvəsi
30.04.2019

İmam Hüseynin (ə) səhabələrinin və dostlarının hər biri döyüş meydanına gedib vuruşmaq üçün icazə istəyirdilər. İmam onlara tez icazə vermirdi, bəzilərinə mane olurdu, bəzilərinə deyirdi ki, ümumiyyətlə Kərbəladan qayıdın və gedin. O, Bəni-Haşimin və öz səhabələrinin gəncləri ilə belə rəftar edirdi. Lakin sevimli, gənc və əziz övladı olan Əli Əkbər döyüş icazəsi istəyəndə imam bir an da gecikmədən icazə verdi. Burada oğulun inamını və atanın əzəmətini dərk etmək olar. Səhabələr şəhid olana qədər deyirdilər ki, canımızı sizə qurban verəcəyik. Onlar Bəni-Haşimdən - Əmirəl-mömininin (ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) övladlarından kiminsə döyüşə çıxmasına icazə vermirdilər, deyirdilər ki, əvvəl biz gedib ölməliyik, əgər bizdən sonra istəsəniz, meydana gedərsiniz. Növbə Bəni-Haşimin fədakarlığına və şəhidliyinə çatdıqda meydana çıxmaq üçün icazə istəyən birinci şəxs vəzifəsinin nə olduğunu bilən həmin gənc idi. O, Əli Əkbər - imam oğlu və imama hamıdan yaxındır, deməli, fədakarlığa da hamıdan daha layiqdir. Bu da imamətin bir əlamətidir. Bura elə bir yer deyil ki, dünyanı, maddi maraqları, iqtisadi qazancları və nəfsi ehtirasları bölsünlər. Burada mücahidlik və çətinlik var. Könüllü surətdə qarşıya çıxan birinci şəxs Əli ibn Hüseyn (ə), yəni Əli Əkbərdir. Bu həmin gəncin inamını göstərir. İmam Hüseyn (ə) də bu işin qarşısında ruhi əzəmətini nümayiş etdirir: icazə istəyən kimi döyüşə getməsinə icazə verir.

Ayətullah Xamenei