15 Dekabr 2025 - 15
Mətbəx səradır, Zəhrayi nalan,
Bərpa edibdir, şami qəriban
Biyər ey islamə olan qurban,
Yaralı başı kəsilən ətşan
Ya Hüseyn məzlum, ya Hüseyn məzlum
Virdi olub “va veyla” anavun,
Sındırma qəlbin, Zəhra anavun
Gözün aç mən gözlərivə qurban,
Mənə səs ver sözlərivə qurban
Ya Hüseyn məzlum, ya Hüseyn məzlum
Mən ki cahanda, oldum şəhidə,
Sitəmlə oldu, qəddim xəmidə
Ağaran gisulərimə bir bax,
Bu sınan pəhlulərimə bir bax
Ya Hüseyn məzlum, ya Hüseyn məzlum
Aç gözlərin ey, dəryayi rəhmət,
Mən gəlmişəm bax, cəddim Peyambər
Anavu dindir, sərfəraz eylə,
Qanlı baş ilə, pişivaz eylə
Ya Hüseyn məzlum, ya Hüseyn məzlum
Əhvalım olub, rəncurü-xəstə,
Mən gəlmişəm bax, qəlbi şikəstə
Mən oğul məzlumiye dövranəm,
Mənə səs ver ki, səsi giryanəm
Ya Hüseyn məzlum, ya Hüseyn məzlum
Başın dalınca, gəldim tənurə,
Döndü bu mənzil, vadiye surə
Anavam mən məhrəmi aşkarə,
Bu yaralı başuvə zəvvarəm
Ya Hüseyn məzlum, ya Hüseyn məzlum
Din üstə dözdüm, mən hər bəlayə,
Düşdü güzarım Kərbübəlayə
Boyadın gisulərimi qanə,
Bura gəldim şami qəribanə
Ya Hüseyn məzlum, ya Hüseyn məzlum
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto