22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Yezid və Müaviyəni nə üçün yaxından tanımalıyıq?
03.05.2019

Allah Qurani Kərimdə buyurur: “Möminlər, əhdlərinizə əməl edin”. Baxın Müaviyə özünü 40 il hakimiyyətdə əmirəl-möminin kimi tanıtdırıb. 40 il o deməkdir ki, bir insan anadan olub, Müaviyəyə əmirəl-möminin deyə-deyə ailə sahibi olub, bəlkə də nəvələri olub və 40 yaşa çatıb. İmam Həsən o adama necə başa sala bilərdi ki, Müaviyə ibn Əbu-Süfyan İslam ümmətində ilk ixtilaf salan cinayətkardır. Onu qəbul etməzdilər. Gərək imam Həsən Müaviyə ilə sülhü bağlayaydı və bu dediyim əsas şərtləri Müaviyəyə qoyaydı. Və İmam Həsən bilirdi ki, Müaviyə bu şərtlərə əməl etməyəcək ona görə şərtləri qoydu ki, Müaviyənin cinayəti, iç üzü açılsın.

Bu cinayətlərin iç üzünün açılmasının kuliminasiya nöqtəsini İmam Hüseyn ağa qoyur. Nə ilə? Yezidin xilafətə gəlməyi ilə. Yezid kim idi? Bizlər Müaviyənin şəxsiyyəti ilə tanış olduğumuz kimi gərək Yezidin də olmayan şəxsiyyəti ilə tanış olaq. Tarix yazır ki, Yezid itbaz, meymunbaz, qumarbaz, çaxırbaz və zinakar idi. İslam qanunlarında, Qurani Kərimdə qadağan olunan bütün mühərrəmatı fasiq və facircəsinə aşkar əmələ gətirən adam idi. Amma Müaviyə cinayət də etsəydi cinayətinə islam rəngi geyindirməyi bacarırdı. Bu yolla da cammatında bir toplumunu öz zehni əsarətində, müsəlmanların xəlifəsinə etiraz etmək olmaz adıyla saxlaya bilirdi. Bunu İmam Həsən və ətrafında olan insanlar başa düşürdü. Amma vaxti ilə öz doğma qızlarını diri-diri torpağa gömən cahil ərəblərin balaları dərk etmirdilər. Hər “la ilahə iləllah” deyən müsəlman olmur ki, hər Allah deyən müsəlman deyilki...

Biz bu gün də o slsilənin davamının şahidi oluruq. Allahu Əkbər deyib, məscidləri dağıdırlar, Allahu Əkbər deyib müsəlmanların başını kəsir, Allahu Əkbər deyib Əhli-beytin tamamilə nişanələrini xaraba qoymaq istəyirlər. Ona görə də bu cinayətlərin banisi olan Yezid ibn Müaviyə və Müaviyə ibn Əbu-Sufyanı daha dərindən tanımalıyıq.

Nuhbala Rəhimov