22 Noyabr 2024 - 22
Təəssüflə qeyd etməliyəm ki, bəzən belə nümunələr görünür ki, bir nəfər bir məclisdə elə sözlər danışır ki, həm dəlil və əqli, yaxud nəqli mötəbərlik baxımından zəifdir, həm də agah və məntiqli bir dinləyicinin zehnində buraxdığı təsir dağıdıcıdır. Misal üçün, bir kitabda elə mətləblər yazılıb ki, onun yalan olmasına dəlilimiz yoxdur; düz də ola bilər, yalan da. Həqiqətin ziddinə olmaması dəqiq bilinməsə də, siz o mətləbləri bəyan etsəniz, onları eşidən gəncdə dinə qarşı sual yaranacaq, irad qarşıya çıxacaq. Hətta sənədi düzgün olsa da, siz o mətləbləri deməməlisiniz; azğınlığa səbəb olduğundan deməməlisiniz. Halbuki bəzi kitablarda dərc olunan bu mətləblərin əksəriyyətinin düzgün sənədi də yoxdur. Bir nəfər başqa birisinin dilindən bir mətləb söyləyir. Deyir ki, mən filan səfərdə filan yerdə idim və filan hadisə baş verdi. Danışan sənədlə, yaxud sənədsiz belə bir mətləbi söyləyir, dinləyici də ona inanır və bir kitabda yazır. Sonra bu kitab mənim və sizin əlimizə düşür. Mən və siz nə üçün böyük bir toplumda agah, məlumatlı və sayıq beyinlər üçün izah edilməsi mümkün olmayan bu mətləbi söyləməliyik?! Məgər harada nə yazıblarsa, insan onu oxumalı və deməlidir?!
Ayətullah Xamenei