21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Kərbəla çölündən sizə nişan
07.05.2019

KƏRBƏLA FACİƏSİ BİR QUŞUN DİLİNDƏN
(MƏDİNƏ ƏHALİSİNƏ XİTABƏN)

Kərbəla çölündən sizə nişan
Pərlərimdə mən qan gətirmişəm
Su kimi olub göz yaşım rəvan
Haləti pərişan gətirmişəm

Qasidəm özüm bir quşam vəli
Təkbətək gəlin halimə baxın
Qonmuşam bu divarın üstə mən
Rəngi ruhi əhvalıma baxın
Qan mürəkkəbi ox qələm yazın
Şərhi nameyi balimə baxın
Təşnə ləblərin halini bəyan
Etməyə çox ünvan gətirmişəm

Bağladı suyun yolların ədüv
Ali Heydərin ruyinə təmam
Əldə tiği kin, dildə ≤üqtülü≥
Qətligahə üz qoydu əhli Şam
Oldu qızların zikri əl ətəş
Yandı ləbləri əllərində cam
Oldu südəmər oxlara nişan
Axdı su kimi qan gətirmişəm

Süd əmər bala, yəni Əsğərin
Halını görən düşmən ağladı
Verdi əlləri üstə can Hüseyn

Çəkdi ahi dil, dildən ağladı
Su yanında doğrandı no cəvan
Verdi Əkbəri can gətirmişəm

Batmışam Hüseyn qanına özüm
Ətrilən dolub pərlərim mənim
Qırmızı gülə bənzərəm açıb
Qönçəli gülü-peykərim mənim
Yəsrib əhli siz bir qulaq asın
Dərk edin hamı sözlərim mənim
Tez edin o Suğraya siz bəyan
Rəngi sorxi əlvan gətirmişəm

Dəstə quş idik dəstə cəm ilən
Kərbəladə biz hazır olmuşuq
Xeymələr yanan vəqtə qızların
Hali zarinə nazir olmuşuq
Xeyməgəhdə gah qətligahidə
Va Hüseyn deyib zahir olmuşuq
Ox tamam bədənlərdə ləxtə qan
Su kimi rəvan qan gətirmişəm

Od vuruldu odlandı xeymələr
Qaçdı çöllərə Ali Müstəfa
Ahü-zar ilən səslənirdilər
Rəhm elə Xuda yandıq odlara
Bəzi səslənir əmmə hardasan
Bəzi “ya əxa”, bəzi “ya” əba
Xırda qızların halını əyan
Surətimdə əl”an gətirmişəm

Şamü-Kufənin qan tökənləri
Qurdular o səhradə bir əsas
Qarə badilər əsdi aləmə
Tutdu vahimə vəhşəti həras
Məşkini salıb çənginə gedib
Su gətirməyə tacidari nam
Qolları qələm verdi teşnə can
Tutdu gözlərin qan gətirmişəm

Sədri zinidən düşdü torpağa
Qətligahidə şahi insi can
Əldə hərbələr firqeyi cəfa
Aldı dövrəsin nizə ox vuran
Hər gələn vurub hər gedən vurub
Gəldi nagəhan Şimr ilə Sənan
Dildə qalmayıb taqətü-təvan
Ya Rəhimi, Rəhman gətirmişəm

Qəmkeşəm sənə ya Hüseyn özün
Həşridə başöım üstə sayə sal
Qoyma hali məhşərdə əl”əman
Qəlbimi tuta möhnətü-məlal
Dəftəri qələm əldə hazıram
Ömrümü şəbü-ruzü-mahü-sal
Va Hüseyn deyib etmişəm fəğan
Rusiyahəm ünvan gətirmişəm