22 Noyabr 2024 - 22
Aşura və Aşura gecəsinin əzəməti demək, eşitmək, oxumaq-yazmaqla dərk olunası deyil. Onun zirvəsinə fikir çatmaz. Ürək bu əzəməti dərk etməyə acizdir. O gecə və o günün əzəmətini Aşuraçılar dərk edərlər. Onlar ki, Hüseyn və Allahına iman gətirmiş və onun üçün can vermək intizarında onları sayırdılar. Onlar ki, Büreyr və Əbdürrəhman kimi Aşura gecəsinin son saatlarında çox şad idilər. Onlar ki, Aşura gecəsi sübhəcən dua, münacat və istiğfarla məşğul idilər. Onların razi-niyaz səsləri arı pətəklərinin səsləri kimi fəzanı doldurmuşdu. Hərəkatın rəhbərliyi və ən ağır məşğuliyyətlər çiyininə düşmüş İmam Hüseyn (ə) o gecənin qaranlığında xeymələrdən uzaqlaşır. İmamın dostlarından Nafe ibn Hilal özünü imama çatdırıb onun bu qeyri-adi hərəkətindən narahat olduğunu bildirir. İmam cavabında buyurur: “Gəlmişəm xeymələrin ətrafının alçaqhündürlüyünə baxam. Olmaya, orada bir pusqu ola, düşmən oradan hücum edə və ya müdafiə oluna.”
Sonra imam Nafenin əlini ovcunda tutduğu halda buyurdu: "Bu gecə həmin vəd olunmuş gecədir, labüd bir vəd!"
Sonra imam uzaqdan görünən iki daşı ona göstərib buyurdu: "Bu gecənin qaranlığında özünü xilas etmək üçün bu iki daşın arsından qaçmaq istəmirsən?"
Nafe bu sözləri eşidən kimi özünü imamın ayaqlarına salıb dedi: "Anam matəmimdə otursun! Mən qılınc və atımı, hərəsini min dirhəmə almışam. Məni sənin vücudunun neməti ilə bəhrələndirən Allaha and olsun, onlar durduqca səndən ayrılan deyiləm".
Məhəmməd İştihardi