20 May 2024 - 20

20 May 2024 - 20

İmam Hüseynin (ə) imamlığı dövründə aparıcı qrupun rolu
11.05.2019

İmam Hüseynin (ə) imamlığı dövründə aparıcı insanlar təslim oldular və hərəkət etmədilər. Yezid iş başına gəldikdən sonra onunla vuruşmaq mümkün oldu. Başqa sözlə desək, Yezidin malik olduğu pis vəziyyət səbəbindən, onunla döyüşdə öldürülən şəxsin qanı tapdanmayacaqdı. İmam Hüseyn (ə) bu səbəbdən qiyam etdi.

Yezidin dövrünün vəziyyəti elə idi ki, qiyam yeganə mümkün seçim görünürdü. Bu, İmam Həsənin (ə) dövrü kimi deyildi. O zaman şəhid olmaq və yaşamaq seçimləri vardı və yaşamağın savabı, təsiri və zəhməti öldürülməkdən artıq idi. Buna görə İmam Həsən (ə) çətin seçimi etdi. Lakin İmam Hüseynin (ə) dövründə vəziyyət elə deyildi. Yalnız bir seçim mövcud idi, diri qalmaq mənasız idi, qiyam etməmək mənasız idi. Buna görə qiyam etməli idi. Əgər o, qiyam nəticəsində hakimiyyətə gəlsəydi, gəlmişdi, öldürülsəydi öldürülmüşdü. Amma yolu göstərməli, bayrağı yola sancmalı idi ki, vəziyyət belə olduqda hərəkətin necə olması bilinsin. İmam Hüseyn (ə) qiyam etdikdə İslam cəmiyyətinin malik olduğu əzəmətinə rəğmən, aparıcı insanların çoxu onun yanına gəlmədi və kömək etmədi. Görün bir cəmiyyətdə öz dünyalarını asanlıqla İslam dünyasının gələcək əsrlərdəki taleyinə tərcih edən aparıcı insanların vasitəsi ilə vəziyyət nə qədər pisləşdi.

Ayətullah Xamenei