23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Gəl Zeynəbi can üstə mülaqat elə qardaş
13.05.2019

Gəl Zeynəbi can üstə mülaqat elə qardaş
Bikəs bacını qərqi-mubahat elə qardaş

Mən bir elə vəhşətli biyabanda Hüseyncan
Tutdum su kənarında sənə şami qəriban
Hərçənd əvəzin istəmirəm ey şəhi xuban
Qardaşlığı aləmə isbat elə qardaş

Bu illətə can üstə anam çox kədər oldu
Oğlu var idi, qardaşı yox, didə tər oldu
Amma bacının ölməyi ondan bətər oldu
Qardaşsız, oğulsuzdudu, müraat elə qardaş

Sən olma riza xaru-zəlilanə gedim mən
Ayrı qapıya çarə və dərmanə gedim mən
Aləm nə deyər qəbrə qəribanə gedim mən
Bir ləhzə vəlo kəşfu-kəramət elə qardaş

Bəxtim yatıb əlbəttə ki, yatsın nə sözüm var
Gər qüssə büküb qəddimi qəlbimdə dözüm var
Axər silə-ərhama görə səndə gözüm var
Qürbətdə ölən bacına xeyrat elə qardaş

Ey Zeynəbin aramı, oğulsuz bacın ölsün
Gəl seyr elə bir Şamı oğulsuz bacın ölsün
Gör başdakı qoğamı oğulsuz bacın ölsün
Beytül-həzni rozeyi-cənnat elə qardaş

Can xəstədir dərdim keçib əfsus dövran
Bir taqə kəfən al mənə bazari bəladan
Bağla bir ovuc guşəsinə xaki səfadan
Öz türbətini əfzəli soqat elə qardaş

Əbbasə yetir xahişim ey şahi xücəstə
Axər dinin ey sərvi səru-dəst şikəstə
Nəfəsinlə müvasat elədin dini həq üstə
Allaha görə bir də müvasat elə qardaş

Şam əhli deyir heç buna bir əl yetirən yox
El sahibidir, dərdinə dərman gətirən yox
Var yeddi nəfər qardaşı yerdən götürən yox
Düşmən gözünə bari inayət elə qardaş