22 Noyabr 2024 - 22

22 Noyabr 2024 - 22

Aşura günü oruc tutmaq adəti kimdən qalıb?
14.05.2019

Rəvayətlərdə var ki, Məhərrəm ayının əvvəlində oruc tutmaq müstəhəbdir. Bu gün bir dəstə insanlar ki, xüsusilə də vəhabiyyətin əqidəsinə görə Aşura günü oruc tutmaq məsələsi daha geniş yayılıb. Onlar qeyd edirlər ki, Aşura günü oruc tutulmalıdır. Ümumiyyətlə bu məsələ barədə müxtəlif rəvayətlər qeyd olunub. Onların kitablarında qeyd olunanla bizimkilər arasında həm ziddiyyət var, həm də Əhli-beytdən nəql olunan hədislər onları rədd edir. Onlar qeyd edirlər ki, peyğəmbər Aşura günündə oruc tutardı və insanları buna rəğbətləndirərdi. Deyirlər həmən gündə Allah-taala Musa və qövmünə nicat verib amma Firon və onun qövmünü həlak etmişdir. Və bunların böyük müftiləri, alimləri fətva verirlər ki, bu gün də oruc tutmaq müstəhəbdir.

Bizlər isə alimlərin nəzərinə və rəvayətlərə baxanda görürük ki, Aşura günündə oruc tutmaq əsasən Bəni-üməyyənin adəti olub. Bir nəfər İmam Sadiqdən soruşdu onlar bu gündə niyə oruc tuturdular? İmam Sadiq buyurur ki, çünki Aşura günü İmam Hüseyn şəhadətə yetirilib. Yazırlar Şam əhli nəzir etmişdilər ki, əgər İmam Hüseyn məğlub olsa Bəni-üməyyə qalib gəlsə həmən günü oruc tutub şadlıq edərik. Buna görə də onlar Aşura günü oruc olardılar.

Şəhadət Heydərov