21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn qiyamının fikri təmələri
17.05.2019

Bir şair həzrət Hüseyn haqqında belə bir şeir yazır.

Bu Hüseyn kimdi bütün aləm olmuş ona divanə

Bu Hüseyn kimdi bütün aləm olmuş ona pərvanə

Bütün Müsəlmanlar İmam Hüseynə (ə) divanə və pərvanə olmalıdırlar. O, matəmi-hatəmdir. Yəni onun yası həzrət Rəsulullahın yasıdır. Həzrətin Kərbəla hadisəsində olan vəziyyəti və davranışları barədə anlamağa çalışaq.

İmam Hüseynin Yezidə qarşı qaldırdığı İslami hərakatın üç təməli vardır. Bunların ilki Quran təməlləri, ikincisi nəbəvi təməllər və sonda insani təmələrdir.

Hüseyni qiyamın Quran təməlləri.

İmam Hüseyn həzrət Rəsulullahın nəvəsi olaraq onun tərbiyəsində böyüyüb. Quranda Əhli-beyt olaraq işarə edilən həzrət Əli və Fatimənin, İmam Həsən yanında böyümüşdür. Vəhyin evində böyümüş olan İmam Hüseynin qiyam metodları Quranın təməllərinə əsaslanır. Əgər bizlər bunu araşdırmasaq bu qiyamda həzrətin sadəcə Yezidə qarşı xilafət davası olduğu başa düşülər. Onun qiyamının təməli olaraq Quranın bir çox ayələri vardır. Biz bir neçəsinə işarə edəcəyik.

Mütəal-Allah Əla surəsində buyurur: "Həqiqətən o kəs ki, özünü fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən pak edər o nicat tapar və təkamülə yetişər".

Həzrət Musa və ona oyun quran Firon və sehirbazlarından bəhs edən başqa bir ayədə buyurulur: "(Firon əmrindəki sehirbazlara deyir) planınız barədə məsləhətləşin və bir-birinizə dəstək olun. Mütləqdir ki, bu gün qazanan qalibdir".

Baxın ilk ayədə Allah nəfsini və mənəviyyatını gücləndirən insanları nicat tapmış olaraq vəsf edir. İkinci ayədə isə Firon sehirbazlara deyir əgər Musanı sehirlə məğlub etsəniz ən üstün sizlərsiniz. Bir tərəfdə sadəcə zahiri bir qalibiyyət olduğu halda digər tərəfdə də insanın fitrətini təmizləyib ilahi rəngə boyayıb nəfsini təmizləmək vurğulanır.

Qeyd etdiyimiz ayələrdə əks cəbhə təşkil etmiş iki məntiq İmam Hüseyn ilə Yezid arasında formalaşmışdı. İmam Hüseyn Qurandan ilham alaraq öldürüləcəyini bilə-bilə İlahi qanunları pozan zalim iqtidara qarşı qiyam etdi. İmamın hədəfi və şüarı Quran məntiqi idi ki, maddi aləmdə qalib olub olmaması önəmli deyildi. Əsas olan varlıq aləmində batilin məğlub, haqqın qalib omasıdır. Yezidin isə fikri ancaq maddi aləmdə gücə sahib olub qalib olmaq idi. Ayədə deyildiyi kimi, Fironun düşüncə tərzi Yeziddə də özünü göstərir.

Burada ortaya bir sual çıxır ki, həzrət qiyam etdiyində bir-birinə qarşı duran bu iki tərəfin hansı imana riayət etdi? Öləcəyini bilə-bilə yetmiş iki nəfər ilə döyüşənlərə maddi zəfər əldə etmək üçün gəlmişdilər demək doğrumu olar? Əlbətdə xeyir. İmam Hüseynin qiyamı Firon və Yezid hakimiyyətlərinin əksinə olaraq vəhyi əsaslara dayanırdı.

Hasan Hüseyin Güneş. "İmam Təbərani “Məqtəlul-Hüseyn ibn Əli ibn Əbu-Talib”"