03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Etdi əvvəl başda möhkəm məcərin Zəhra qızı
17.05.2019

Etdi əvvəl başda möhkəm məcərin Zəhra qızı
Ay kimi gün surətin əfrafdan pünhan eylədi
Kufədə Zəhra qızı məhşər nümayan eylədi
Başladı bir xütbə dərsi xəlqi heyran eylədi

Dur nisar etsin həyanın ba ədəb gənzinəsin
Başlıyıb bir xütbə qəlbinin ayinəsin
Ali süfyanın o dəm tətil olub kabinəsi
Həqqü-həqqaniyyətin dünyaya elan eylədi

Gördü Kufə izdihamın Zeynəbi bala məqam
Səslənibdi “üskütu” aya nədir bu izdiham?
Qət olub səslər, düşüb qorxu ürəklərdə təmam
Heydəri Kərrarı guya əzmi meydan eylədi

Bir şücaət göstərib ol dəmdə düxti bu turab
Kufənin vəzin dəyişdi Zeynəbi Ülya cənab
Dəydi Kufə bir-birə başlandı şuri-inqilab
Bu vəziyyət ali Süfyanı tam pəşiman eylədi

Kufədə zahir olubdu sövləti Şiri Xuda
Bir-birə söylüb gəlib yoxsa Əliyyəl Mürtəza?
Kimdi bu məhmildə salmış aləmə şuri nəva
Nitq ilə bünyani zülmü beylə viran eylədi

Nuru zülmətdə görən söylüb gündüzdü şəbdi bu?
Bu şücaətdə əsir olmaz əcəb mətləbdi bu!
Vazeh oldu xəlqə ta Zəhra qızı Zeynəbdi bu
Eşqini təsdiqi əhli kovni imkan eylədi

Zeynəbi ki dərsi eşqi Mürtəzadən məşq ala
Bir vücudi ki, onu başdan ayağə eşq ala
Kim şəhamət istəsə ondan gərək sərməşq ala
Kim deyər eşqində Zeynəb zərrə nöqsan eylədi?!

İstədi qoftar ilə şəxsiyyətin versin nişan
Gülşəni Zəhradə söylüb bir güləm ənbər fişan
Zeynəbəm cəddim Peyambər kimdə var bu şən coşa
Xarici ad qoydu, qövmi ümmə ünvan eylədi

Din yolunda dəstgirəm xoşdu xuni dil yeyəm
Əynimə rəxti əsarət dinim əmr eylib geyəm
Naqə üstə sizlərə hər yerdə dərsi din deyəm
Çün mənə bu hökmü-şəri Həyyi Rəhman eylədi

Gövhərəm gəncineyi ismətdə mən Zəhra rəviş
Eyliyib Zəhra məni bu gündən ötrü pərvəriş
Eyliyəm isbati həqq ey kufiyani bədməniş
Hansı bir millət İmamın qanə qəltan eylədi?

Ol kəsik baş ki, görürsüz şahi ətşan başıdır
Müstəfa dilbəndi Zəhra cisminə can başıdır
Heykəli tövhididir mənayi Quran başıdır
Əsdi Quran üstə məzlum əhli Quran eylədi