28 Oktyabr 2025 - 28
Hüseyn ibn Əlinin (ə) öz cihadı ilə İslamı diriltdiyi kimi - İslam həqiqətən Hüseyn ibn Əlinin (ə) qanı və qiyamı ilə dirilib azad olmuşdur. Bu gün də siz o həzrətin xatirəsi, adı və minbəri ilə İslam həqiqətlərini bəyan edib, Quranı və Hüseyni (ə) tanıtdırın. Nəhcül-bəlağəni xalqa oxuyun, İslam həqiqətləri, o cümlədən bu gün vilayət və Peyğəmbər (s) quruluşunda təcəssüm olunan bu mübarək həqiqəti xalqa bəyan edin. Bu ən üstün İslam təlimlərindəndir. Aşura faciələrinin səhnəsində izzət əlamətləri müşahidə olunur. Müsibət və şəhadət olsa da, Bəni-Haşimin gənclərinin hər birinin şəhadəti, uşaqların, kiçik körpələrin və Əbu Abdullah Hüseynin (ə) ətrafında olan yaşlı səhabələrin şəhadəti böyük bir müsibət olsa da, orada da başucalığı və iftixar var. Onların hər biri bir izzət və iftixar gövhərini də daşıyır.
Ayətullah Xamenei
İmam Hüseynin bərəkəti - Zəvvar Ceyhun Hüseynli Kərbəla səfəri haqqında danışır - Foto
İmam Kazım (ə) və İmam Muhəmməd Təqinin (əm) müqəddəs ziyarətgahı - Foto
Həzrət Abbasın (ə) hərəminin müxtəlif görüntüləri - Foto Reportaj
Hüseyn (ə) kimdir? sloqanı altında Ramazan sovqatı paylanılır - Foto
Nigeriyada Həsən ibn Əlinin təvəllüd günü qeyd edilib - Foto