23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Hüseyni qiyamın Nəbəvi təməlləri
20.05.2019

Həzrət Peyğəmbər İmam Hüseynin uşaqlığından ona yas tutmuşdur. Həzrət Cəbrayıl baş verəcək məlum hadisə barədə Xatəmul-Ənbiyaya əvvəldən xəbər vermişdi. Peyğəmbər bu xəbəri sirr kimi saxlamadı, əksinə səhabə və bir çox adamları nəvəsi İmam Hüseynin başına gələcəklərdən xəbərdar etdi. Həzrətin matəmi bu şəkildə davam edib.

İmam Hüseyn çox insanların onun hansı faciəli şəkildə qətl ediləcəyini bildiyi halda onların arasında böyüyürdü və həmin əshabın başında babası peyğəmbər var idi. Bir sözlə həzrət Hüseyn ona verilən ilahi vəzifəni hələ balaca yaşlarından bilirdi. Onun qiyamı aldığı Nəbəvi(peyğəmbər) tərbiyəsinin nəticəsi idi.

Bizə Məhəmməd ibn Abdullah əl-Həzrəmi, ona Abdullah ibn Yəhya əs-Sufi, ona İsmayıl ibn Aban, ona Həbban ibn Əli, ona Səd ibn Tureyf, ona Əbu Cəfər Muhəmməd ibn Əli, ona Ümmü sələmədən nəql olunur ki, Rəsulullah buyurdu: "Hüseyn mənim mühacirlərimdən yetmiş nəfərin liderliyi ilə (rəhbərlik etdiyi ordu tərəfindən) öldürüləcəkdir.

Hasan Hüseyin Güneş. "İmam Təbərani “Məqtəlul-Hüseyn ibn Əli ibn Əbu-Talib”"