23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Günahı tərk etmək üçün İmam Hüseynin (ə) 5 tövsiyəsi
26.12.2017

İmam Hüseyn (ə) də başqa İmamlar (ə) kimi, dövrünün yolunu azmışlarını hidayət edir və günahkarlarını günahlarını tərk etməyə vadar edirdi. Günahkarların tövbəsini qəbul edir və onları səadətə tərəf dəvət edirdi. Çünki yaxşı bilirdi ki, günah – Allahın düşmənidir.

Hədislərin birində oxuyuruq ki, Həzrət (ə) özünü günahdan uzaqlaşdıra bilməyən şəxsə belə tövsiyələr verir: "Beş əməli yerinə yetir və sonra hansı günahı istəsən, yerinə yetir.

Birincisi budur ki, Allahın ruzisini yemə və hər günahı istəsən, yerinə yetir.

İkincisi – Allahın vilayətindən çıx və hər günahı istəsən, yerinə yetir.

Üçüncüsü – Allahın səni görmədiyi yeri tap və hər günahı istəsən, yerinə yetir.

Dördüncüsü – o zaman ki, ölüm mələyi ruhunu qəbz etmək üçün gələr, onu yanından qov və hər günahı istəsən, yerinə yetir.

Beşincisi o zaman ki, Malik (cəhənnəm mələyi) səni cəhənnəmə daxil edər, ona daxil olma və hər günahı istəsən, yerinə yetir". (Tebyan/Deyerler)

Əgər günahkar insan bu deyilənlər haqqında düşünsə, başa düşər ki, hər yer Allahın yeridir və Ondan gizli yer mövcud deyildir. Hər əməlinə görə hesab verəcəkdir. Belə bir insan qəflətdən ayılar və günahı tərk etməyə çalışar.

ahliman.info